Erməni futbolçu “Qәbәlә”ni təriflədi
Avropa Liqasının qrup mərhələsində “Qəbələ” Dortmund “Borussiya”sının qonağı olub. Komandamız üçün 0:4 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra rəqibin əslən Ermənistandan olan futbolçusu Henrix Mxitaryan matçla bağlı fikirlərini bğlüşüb:
“Birinci qola qәdәr hәr şey çәtin idi. Amma vurduğumuz qoldan sonra “Qәbәlә” boşluqlar verdi. Daha çox oynamağa şәrait yaratdı. Elә dә prinsipal oyun deyildi. Adi bir matç idi. Qolu da xüsusi qeyd etmәdim. Bayrağa gәlincә, onlardan bugükü matça xüsusi gәlәnlәr var idi. Amma elәlәri var ki, Bundesliqa matçına da gәlәnlәr olur. Bu matç mәnim üçün sıradan matç idi. Bakıya gәlmәmәyimә sәbәb isә tәhlükәsizlik baxımından önәmli deyildi. Düzdü, Avropa oyunlarında bizim başqa idmançılar gәlmişdi. Amma futbol başqa, digәr idman növlәri başqa. “Qәbәlә” yaxşı komandadır. Orda tanıdığım futbolçular var. Sergey Zenyovla bir komandada oynamışam. Roman Qriqorçuku da tanıyıram vә bilirәm ki, “Qәbәlә” heç dә zәif rәqib deyildi”.(qafqazinfo)
Short URL: http://www.cumhuriyyet.net/?p=38008