Əsgər atası: “Mənin oğlum döyülərək öldürülüb”

30.01.2014 - 19:53

“Oğlumuzu öldürüb, daxili orqanlarını satmaq üçün götürüblər”

“Oğlumuzu öldürüb, daxili orqanlarını satmaq üçün götürüblər”

“Mənin oğlum döyülərək öldürülüb. İndiyədək aparılan istintaqı da, məhkəmə-tibbi ekspertizanın rəyini də rədd edirəm.
Ekspertiza oğlum hipertrafik kardiomiopatiyadan öldüyü barədə rəy verib. Allan belə diaqnozu Sizə və balalarınıza qismət etsin”.
Bu bəyanatla bu gün RATİ-nin Mətbuat
Mərkəzində keçirdiyi mətbuat konfransında ötən il dekabrın 10-dan 11-nə
keçən gecə Naftalandakı hərbi hissələrin birində dünyasını dəyişmiş
əsgər Orxan Alıyevin atası Şirazi Alıyev çıxış edib.
2013-cü ildə
Naftalanda yerləşən hərbi hissələrin birində Bakının Suraxanı
rayonundan əsgəri xidmətə çağırılmış Orxan Alıyev dünyasını dəyişib.
Hərbi tibbi eksperiza əsgərin yataqdan durmadığını, onun  hipertrafik
kardiomiopatiyadan öldüyü rəyini verib. Ailə tibbi eksperizaya inanmır,
övladlarının öldürüldüyünü deyir.
Ş.Alıyevin sözlərinə görə,
əsgərliyə getməmişdən iki gün öncə oğlu Mərkəzi Neftçilər Xəstəxanasında
tibbi müayinədən keçib. Ata xəstəxananın tibbi müayinənin nəticələri
ilə bağlı tibbi arayışını nümayiş etdirib. Arayışda Orxan Alıyevin tam
sağlam olduğu göstərilib. “Orxan polkda qaçış üzrə birinci yeri tutub və
polk komandiri tərəfindən mükafatlandırılıb. Oğlum fiziki cəhətdən tam
sağlam, idman yarışlarının qalibi, pəhləvan cüssəli idi”, – deyə ata
qeyd edib.
O, Hərbi Prokurorluğun məktubunu və Bakcell-dən
çıxardığı telefon nömrələrinin siyahısını nümayiş etdirib. Prokurorluğun
ailəyə ünvanladığı məktubda Orxan Alıyevin dekabrın 11-də saat 00.10-da
yatağında olduğu zaman öldüyü qeyd olunub. “Amma Bakcell şirkətinin
arayışında oğlum dekabrın 11-də saat 00.25-də qardaşı ilə telefonla
danışıb. Hadisə 32 nəfərin yaşadığı kazarmada hamının gözü qarşısında
baş verib. Oğlumun qardaşı ilə telefon danışığı zamanı mübahisə yaranıb
və bundan sonra onu öldürüblər. Öldürən də orada, ölən də, şahidlər də.
Amma indiyədək heç kim həbs edilməyib”, – deyə Şirazi Alıyev bildirib.   

Ata hadisə yerinə prokurorluq orqanları dəvət edilmədən,
ailəsinə xəbər verilmədən oğlunun dərhal Tərtər rayonuna tibbi
ekspertizaya aparıldığını bildirib. “Orada buz qoyaraq oğlumun
bədənində  zərbədən yaranmış qançırları götürüblər. İstintaq üçün
əhəmiyyət kəsb edən alt köynəyi götürülüb. Oğlumun daxili orqanlarını da
satış məqsədi ilə götürüblər. Oğlumun cəsədinə özümüz baxış keçirmişik.
Qanunvericiliyə görə, məhkəmə tibbi ekspertizası zamanı valideynlər
orada olmalı idi. Amma ailəyə ölümlə bağlı belə çox gec xəbər veriblər”,
– deyə Ş.Alıyev qeyd edib.
Ailə ölkə prezidentinə, baş prokurora
müraciət edib. “Oğlumun qatillərinin həbs edilməsi, onun daxili
orqanlarını satış məqsədi ilə götürənlərin, saxta istintaq aparanın və
saxta ekspert rəyi verənlərin cəzalandırılması, cəsədin ekshumasiya
edilməsi, təkrar tibbi ekspertiza keçirilməsi, istintaqın düzgün
aparılması üçün ailəmizə kömək etməyinizi xahiş və tələb edirik. Biz
Azərbaycan vətəndaşıyıq və vətənimizi çox sevirik”, deyə ata media
vasitəsi ilə müraciət edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3801

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031