Bakıda özünü yandıran qızın kimliyi və intihar səbəbi artıq məlumdur

30.01.2014 - 20:00

 
Bu gün səhər saatlarında 20
yaşlı Məleykə Bayramlı Səbail rayonu ərazisində özünü yandıraraq
intihara cəhd edib. Gənc
qız sevdiyi oğlan tərəfindən aldadılandan sonra intihara əl atıb. Qeyd
edək ki, həmin oğlan barəsində hələ ki heç bir məlumat yoxdur.
“Bayramova
Məleykə 20 yaşındadır. Təxminən saat 12 radələrində xəstəxanamıza daxil
olub. Mərkəzi küçələrin birində üzərinə benzin tökərək özünü
yandırıb”. Bunu isə Modern.az-a açıqlamasında 5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov bildirib: 
“Xəstəni
mən qəbul edib, sarğılarını, təyinatlarını da özüm etdim. Hazırda
müşahidəm altındadır. Müayinə zamanı bəlli oldu ki, bədəninin 70 faizə
yaxını yanıb. 3-cü dərəcə yanıq təsbit olundu. Yanıqlar hamısı dərindir.
Eyni zamanda alov yanığı olduğundan, xəstənin ağciyər və bronxlarında
inolyasiya yanıqları da var. Eskaratomoya əməliyyatı lazım ola bilər.
Tərəfimizdən bütün tədbirlər görülüb. Hazırda reanimasiya şöbəsində
müalicəsi davam etdirilir. Yaxın iki həftə ərzində mücadilə edə bilərsə,
vəziyyətinin hansı yönə dəyişə biləcəyini deyə bilərik. Yaşama ehtimalı
çox azdır. Xəstənin yaxınlarından heç kim yoxdur. Qızın dediyinə görə,
bir qoca anası var. O da hadisədən xəbərsizdir. Əslən Lənkəranlıdırlar.
Bakıda yaşayırmış. İndiki vəziyyəti çox ağır olaraq davam etməkdədir.” 
Həkimin dediyinə görə,
xəstə daxil olarkən özündə idi, danışa bilirdi: “Lakin ağrıları çox
olduğundan ağrıkəsici ilə yatızdırdıq. Baş, boyun, üz, ön gövdə və arxa
tərəf, hər iki yuxarı ətraf tamam, genotal bölgə, hər iki budun iç və ön
tərəfi yanıb.”

* * *
14:02
Bakının Səbayel rayonunda özünü yandıran qadının şəxsiyyəti müəyyənləşib. 
Səhiyyə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org
saytına bildirib ki, özünü yandıran 1993-cü il təvəllüdlü Məleykə
Bayramlıdır. Əslən Lənkəran rayonundandır və Bakıda kirayədə yaşayır.
M.Bayramlının bədəninin 65 faizi yanıb, vəziyyəti ağırdır. O, hazırda
xəstəxananın yanıq mərkəzinin reanimasiya şöbəsindədir.
Xəstəxananın yanıq şöbəsindən isə bildiriblər ki, M.Bayramlının vəziyyəti kritikdir və həyatı üçün təhlükə var.

* * *
11:56
Bu
gün paytaxtda daha bir nəfər özünə od vurub. Hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş
verib. 
Təqribən 40-45 yaşlarında
olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda
olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı
xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır
olduğu bildirilir. 
Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir. 
Xatırladaq
ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini
Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra
Hakimiyyətinin binası qarşısında özünə od vurub. 
Bir
neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü
yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı
qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3803

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930