Milli Məclis avtomobillərin alınmasına xərclənən pulu demək istəmir
Məclisə qarşı iddiasını rədd edib. Məhkəmə Milli Məclisin “İnformasiya
əldə edilməsi haqqında” qanunla açıq sayılan bilgiləri jurnalistə
verməməsinə haqq qazandıran qərar çıxarıb. Bu haqda jurnalistlərin
hüquqlarını qoruyan Media Hüququ İnstitutu xəbər yayıb.
Jurnalist
Samir Kazımlı 2012-ci ilin dekabrında Milli Məclisə sorğu göndərib.
Jurnalist qanunla açıq sayılan bilgilərin – Milli Məclisin komitə
sədrlərinə yeni avtomobillərin alınması ilə bağlı (avtomobil alqısı üçün
keçirilməli olan tender haqqında, tenderdə iştirak edən qurumlar
haqında, avtomobillərin alqısı üçün xərclənmiş vəsaitlərin məbləği və s.
bilgilər) informasiyaların ona təqdim olunmasını xahiş edib. Milli
Məclis sorğuya ümumiyyətlə cavab verməyib. Samir Kazımlı məhkəməyə
müraciət edərək Milli Məclisin üzərinə informasiya sorğusunu
cavablandırmaq vəzifəsi qoyan qərar çıxarmağı xahiş etmişdi.
İnformasiya
əldə etmək hüququnun pozuntusundan verilən şikayətə 1 saylı Bakı
İnzibatı İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə
baxılıb. Cavabdeh Milli Məclisin nümayəndələri məhkəmədə iştirak
etməyib, sorğuya niyə cavab vermədikləri barədə bilgi verməyiblər. Buna
baxmayaraq, məhkəmə Milli Məclisin xeyrinə qərar çıxarıb. Media Hüququ
İnstitutunun Samir Kazımlının hüquqlarını müdafiə edən vəkilləri
məhkəmənin qərarının qanunsuz olduğunu, həmin qərardan apellyasiya
şikayəti veriləcəyini bildiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3804