Ziya Məmmədovun London taksilərində müdhiş fırıldağı
Şirkət taksilərin təkərini kiçildir, dövriyyə artır və qiymət qalxırŞirkət taksilərin təkərini kiçildir, dövriyyə artır və qiymət qalxır
Bakıda fəaliyyət göstərən bəzi “London
taksi”lərinin sürücüləri özbaşınalıq edirlər. Məlumata əsasən, taksi
sürücələri idarə etdikləri atvomobillərin təkərlərini dəyişirlər.
Dəyişən təkərlər isə kiçik diametrliləri ilə əvəzlənir. İri
diametrlilərin dəyişilməsi nəticəsində isə “London taksi”lərinə
quraşdırılan sayğaclar daha çox dövriyyə qeydə alır və sərnişinlər üçün
baha ödəniş hesablanır. Bu faktı aşkarlayan vətəndaşlar iddia edirlər
ki, faktla bağlı Nəqliyyat Nazirliyinə müraciət etsələr də, hələ də
Bakıda fəaliyyət göstərən bəzi “London taksi”lərinin kiçik diametrli
təkərlərdən istifadə etdiyi müşahidə olunmaqdadır.
Hər halda vətəndaşlar xidmətindən istifadə etmək istədikləri taksilərin təkərlərinə də diqqət etmək məcburiyyətində qalırlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=3808