Sumqayıt şəhər 11 saylı orta məktəbdə yeni dərs ili
Sumqayıtın ən qədim məktəblərindən olan və 1958-ci ildə istifadəyə verilən 11 saylı beynəlmiləl orta məktəbində təşkil olunmuş ilk zəng mərasimində müəllim və şagirdlərlə yanaşı, valideyinlər, şəhərin tikilməsində və qurulmasında xidməti olan ağsaqqallar və veteranlar da iştirak etmişlər. İlk zəng mərasimini məktəbin direktoru, Əməkdar müəllim “Şöhrət” ordenli Ofelya Babayeva açmış, toplaşanları yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, şagirdlərə yaxşı oxumağı arzulamışdır.
O eyni zamanda demişdir ki, 57 ildir ki, fəaliyyət göstərən məktəbimiz hələ bu günə kimi bir dəfə də olsun əsaslı təmir olunmamışdır. Lakin möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində məktəb əsaslı surətdə, özü də yüksək səviyyədə təmir olunmuşdur. Təmirdə ən müasir materiallardan istifadə olunmuş, siniflərin hamısına parket döşənmiş, binanın üstü yüksək səviyyədə yenilənmişdir.
Sonra meydana təntənəli surətdə Azərbaycan Respublikasının bayrağı gətirilmiş, iştirakçılar respublikamızın himnini ifa etmişlər. Şagirdlərin ifasında maraqlı və əyləncəli konsert proqramı göstərilmişdir.Sonra şagirdlər nizamlı addımlarla məktəbə daxil olmuşlar.
Şəhla Bağırova 11 saylı məktəbin tərbiyyə işləri üzrə direktor müavini.
Short URL: http://www.cumhuriyyet.net/?p=38087