İş adamı “son müraciət”ini yaydı
Elşad Məmmədov: “İntihar edəndən sonra heç kim məni dəli və alkoqolik adlandırmasın”

“Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin ona məxsus iki
mənzilini vermədiyini deyən iş adamı Elşad Məmmədov mediaya müraciətini
ünvanlayıb. Fevralın 1-də özünü yandıracağını bəyan edən iş adamı
göndərdiyi müraciəti “son müraciət” adlandırıb.
“Mən yetim oğlanam, üç körpə övladım var. Dörd il Azərbaycan
ordusunda qulluq etmişəm. Böyük qardaşım Qarabağ qazisidir. İki ildir
ki, ailəmlə birlikdə olmazın əziyyətini çəkirəm. Son çıxış yolu kimi
intihara əl atacağımı qəzetlər və saytlar vasitəsilə başda ölkə başçısı
olmaqla bütün ictimaiyyətə çatdırdım. “Yeni Musavat” qəzetinin 28 yanvar
2014-cü il tarixli sayında mənim intihar etməyimlə bağlı Hacı
İbrahimdən “yandır” cavabı gəldi. MTN, DİN və Prokurorluq 1000-dən artıq
şikayətimi araşdırmırsa, heç olmasa milyarderin bu sözlərini ölümə
təhrik etmə kimi qiymətləndirib cinayət işi açsınlar. Mən haqlı ola-ola
Hacı İbrahim məni şərləməkdən də çəkinmir. Bir daha bidirirəm ki, onun
dediyi kimi nə Gürcüstana qaçmışam, nə də məni “Bandotdel” tutub. “Skat”
restoranını da mən “Yeni Musavat”ın saytında görmüşəm.
Nəyə görə bu qədər ictimailəşmiş işə ölkə başçısı reaksiya vermir?
Çünki heç bir hüquq-mühafizə orqanı mənimlə maraqlanmadı. Bilirəm ki
intihar etmək haramdı. Ancaq xahiş edirəm, intihar edəndən sonra heç
kim məni dəli və alkoqolik adlandırmasın. Mən yetimçiliklə böyümüşəm.
Hacı İbrahim 11 il ərzində min bir əziyyətlə əldə etdiyimi pulu əlimdən
aldı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3810