HACIBALA ABUTALIBOV HƏDƏFDƏ: “VƏHABİ ZƏRBƏSİ”

30.01.2014 - 21:29

Hacı Allahşükür Paşazadə açıq şəkildə merin üzərinə yeridi; paytaxtın rəhbəri “qınına çəkilib”

Hacı Allahşükür Paşazadə açıq şəkildə merin üzərinə yeridi; paytaxtın rəhbəri “qınına çəkilib”

 

Bakı meri Hacıbala Abutalıbov yenidən hədəfə alınıb.
Xatırladaq ki, o uzun müddətdir ki, hakimiyyət içindəki ayrı-ayrı
qruplaşmalar tərəfindən təzyiqlərə məruz qalsa da bu günə qədər hakim
komandadakı mövqelərini qoruyub saxlamağa müvəffəq olub. Bu dəfə isə nə
qədər qəribə də səslənsə mer Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı
Allahşükür Paşazadənin hədəfinə tuş gəldi.

Şeyx “elə məmurlar var ki..” deyəndə kimləri nəzərdə tutub?

Bir neçə gün bundan öncə Allahşükür Paşazadə Qafqaz
Müsəlmanları İdarəsində dindarların iştirakı ilə keçirilən tədbirdə
olduqca mühüm və sensasiya sayıla biləcək açıqlamaya müəlliflik etdi.
Son zamanlar azərbaycanlı gənclərin müxtəlif dini cərəyanların təsiri
altında döyüşmək üçün Suriyaya getdiklərinə diqqət çəkən Şeyx
tabeçiliyindəki axundlara “nəzarəti artırın” tipli tapşırığından sonra
ad çəkmədən bəzi məmurları hədəfə alıb: “İndi elə məmurlar var ki,
dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə
qoşulub yoldan çıxır”.

Maraqlıdır ki, ittiham kifayət qədər sərt olsa da Şeyx
konkret ad çəkməyə ehtiyac duymayıb. Amma aydın məsələdir ki, onun
əlində dediklərini təsdiqləyəcək hansısa ipucları olmasaydı olduqca
məsuliyyətli açıqlama verməyə də ürək etməzdi. Şeyxin kimləri nəzərdə
tutmasını açıqlamasa da əslində cəmiyyətdə kimin və kimlərin hədəfə
alındığı haqda müəyyən informasiyalar var.

Hədəf Hacıbala Abutalıbovdur

Məlumat üçün bildirək ki, Bakı meri Hacıbala Abutalıbovun
oğlu İsrafil Abutalıbovun fəal vəhhabi olmasını bilməyən yoxdur. O, bir
neçə il öncə Konstitusiya Məhkəməsindəki vəzifəsini başlı-başına
buraxmaqla vəhabi təriqətinin üzvlərinə qoşulub. Bundan az sonra isə
ailəsini də ataraq ölkəni tərk edib. İllərlə Londonda yaşayandan sonra
bir müddət əvvəl Bakıya qayıdıb. Bakıda onu görənlər İ.Abutalıbovun
xeyli dəyişdiyini, saqqal saxladığını və qısa balaqlı şalvar geydiyini
görüblər. Məlumat üçün deyək ki, vəhabi təriqətinin üzvləri
qeyri-dinlərin ardıcıllarını qəbul etmir, onları kafir adlandırmaqla
“mal və qanları halaldır” deyirlər.

Hətta merin vəhabi oğlunun bir neçə il bundan öncə yəhudi
əsilli iş adamlarını Azərbaycandan qovmasının arxasında da təmsil
olunduğu məzhəb nümayəsndələrinin təsiri iddia olunur. Bu baxımdan
onların təzyiqi ilə qurduqları biznesdən əl çəkmək zorunda qalmış yəhudi
əsilli biznesmen Qurban Qutaisoviç Mahmudovun o zaman mətbuata verdiyi
açıqlama çox maraqlıdır:

“2 nəfər idilər, girdilər içəri. Saqqalları uzun,
şalvarlarının balaqları qısa idi. Bildim ki, hansısa sektanın
üzvləridir. Dedilər ki, İsrafil deyir ki, onlar haramçılıqla
məşğuldurlar, ofisdən tez çıxsınlar. Soruşdum ki, İsrafil kimdir? Cavab
verdilər ki, mer Hacıbalanın oğludur”.

O zaman baş verənlərlə bağlı BŞİH rəhbəri Hacıbala
Abutalıbova da müraciət olunduğu, lakin onun “mən İsrafillə bacarmıram”
dediyi də məlumdur. Bütün bunlar isə Şeyxin hədəfinin, ən azı isə
hədəflərdən birinin məhz Hacıbala Abutalıbov olmasına şübhə yeri qalmır. 

Şeyx Hacıbala Abutalıbova niyə qəzəblidir?

Aydın məsələdir ki, Şeyx məlum çıxışı zamanı məmurlar və
onların vəhabi övladları ilə bağlı məqama toxunmaya da bilərdi. Hər
halda mövzu Suriyaya din adı ilə vuruşmaq üçün aparılan gənclərimiz və
bunun qarşısının alınması idi. Odur ki, Şeyxin mövzuyla bağlı geniş
açıqlamasından sonra birdən məmurları xatırlaması təsadüfi
sayılmamalıdır. Şeyx bununla əlinə düşən fürsətdən istifadə edərək Bakı
merini vurmaq istəyib və bu istəyini reallaşdırıb da…Bəs Şeyxin merə
qarşı olan qəzəbinin kökündə nələr dayanır.

Bununla bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, Şeyxlə
Hacıbala Abutalıbovun münasibətləri artıq uzun illərdir ki, pozulub.
Bunun kökündə mer tərəfindən Şeyxin hansısa biznes maraqlarının
tapdanıldığının dayanması haqda iddialar var. Tərəflər arasında daha
böyük və açıq narazılıq isə merin paytaxt məscidlərində azanın
səsgücləndiricilər vasitəsilə verilməsi qoyulan qadağadan sonra yaranıb.
Tərəflər arasında daha böyük narazılıqların olması da istisna deyil.
Son olaraq isə aşağıdakı suala da cavab tapmağa çalışaq:

Vəhabiləri daha hansı məmurlar dəstəkləyir?

Məlumatlara görə, sələfi (vəhabi) qruplaşmasının
nümayəndələri ölkədə doğrudan da geniş bir şəbəkə yaratmağa nail
olublar. Bu şəbəkənin üzvləri əsasən kiçik və orta sahibkarlıqla,
xüsusən də inşaat işləri ilə məşğuldur. Adının gizli saxlanması şərti
ilə haqqin.az saytına danışan sələfilərin bir nümayəndəsi deyib ki, bu
icma daxilində qarşılıqlı yardım üçün xüsusi kassa var. Bu kassaya
yığılan pullar sektanın kasıb üzvlərinə maddi yardım göstərilməsinə sərf
olunur. Mənbə deyib ki, vəhhabilərin çoxu “Sədərək” və “Binə” ticarət
mərkəzlərində ticarətlə məşğuldur.
Adının çəkilməsini istəməyən vəhhabi əqidəli şəxs bu sektanın üzvlərinə yardım göstərən “güclü əllər” barədə də danışıb:

“Allaha şükür, bizim qardaşlar bir-birinə yaxından kömək
edirlər. Biz Hacı İsrafilə (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovu nəzərdə tutur-red.) və
Hacı Aynura (Azərbaycanın sabiq yeyinti sənayesi naziri Sevil
Zeynalovanın oğlunu nəzərdə tutur-red.) həmişə minnətdarıq. Onlar bizə
hər işdə kömək edirlər”.
Yada salaq ki, İsrafil Abutalıbov kimi Aynur Zeynalov da inşaat
sektorunda fəaliyyət göstərir. Sabiq nazirin sələfilərə qoşulan oğlu
mərhum anasının şərəfinə “Sevil Construction” adlandırdığı tikinti
şirkətinin sahibidir.

 

SAVASH.ORG

 

Short URL: http://www.cumhuriyyet.net/?p=3812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930