Nisə Qasımova necə cavanlaşıb? – FOTO
Xalq artisti Nisə Qasımovanın sosial şəbəkədə şəkilləri yayılıb. Onu görən şəbəkə izləyiciləri müğənninin cavanlaşdığını və bunun üçün müxtəlif əməliyyatlar etdiyini düşünüblər.
Bəziləri müğənninin üzündə plastik cərrahiyyə əməliyyatının izlərini axtarıb, bəziləri isə şəkillərin fotoşop vasitəsilə işləndiyini iddia ediblər. Hətta bəziləri müğənninin belinin fotoşopla incəldildiyini də yazıblar.
Publika.az-a açıqlama verən ifaçı deyilənləri haqlı çıxarmayıb: “Bir xeyli arıqlamışam. Pəhriz saxlayıram. Günaşırı qaçıram. Bu da arıqlamağıma səbəb olur. Həm də son zamanlar gərgin qrafikdə işlədiyimdən heç kökəlməyə də vaxt yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=38157