“HÖKUMƏTİN TAPŞIRIДћI İLƏ İŞLƏYƏN BU KUKLALAR…”

31.01.2014 - 16:35
“Musavat Partiyası hərdən
cızığından çıxıb sərbəst addımlar atmaq istəyir, o biri komanda isə
görüntü yaratsa da cızığından çıxmır”
 
 

“Musavat Partiyası hərdən
cızığından çıxıb sərbəst addımlar atmaq istəyir, o biri komanda isə
görüntü yaratsa da cızığından çıxmır”
 

Eks-spiker Rəsul Quliyev İsa Qəmbərin Müsavat və AXCP
arasında “atəşkəs” çağırışına münasibət bildirib. O, Moderator.az-a
açıqlamasında  Əli Kərimli və İsa Qəmbəri “başabəla liderlər”
adlandırıb.

“Azərbaycanda insanların, xüsusilə liderlərin yalan danışmaqları
əndazəni çoxdan aşıb. Məsələ ondadır ki, bu başabəla liderlər dəyişiklik
etmək üçün yaramadıqlarını özləri də başa düşür. Onlarda bu rejimdən
xilas olmaq üçün mürəkkəb yox, elementar təssəvvür də yoxdur”, deyən
R.Quliyev bir daha bəyan edib ki, hakimiyyətdəki bəzi nazirlər
ümumilikdə müxalifətdən güclüdürlər.

“Bu günkü hökumətdə olan azı beş nazir adı çəkmək olar ki,
hər biri indiki toplum müxalifətdən qat- qat güclüdür. Tutaq ki,
prezident yoxdur, məgər o insanlar hökuməti bu insanlara verərlərmi? Heç
vaxt! Arxasınca 9 milyonluq əhalidən maksimum 5 min adam gedənlərə azı
yarım milyonluq silahı və bürokratı olanlar hakimiyyəti qırmızı xonçaya
qoyub necə peşkəş edəcəklər?

Gərək arxanca azı 100 min tərəfdarınız getsin ki, o yarım milyondan
300-400 mini sənin tərfinə keçsin, məgər bunu bilmək o qədər çətindir?
Bunlara baxmayaraq xalqa söylənən yalan vədlər sel kimi axıdılır.”

R.Quliyev daha sonra qarşıdan parlament seçkilərinin gəldiyini
xatırladıb və müxalifət partiyalarının bu seçkiyə necə hazırlaşdıqlarını
soruşub.

“2 ildən sonra parlament seçkiləri olacaq. Bu 20 ildə ABŞ və Avropa
təşkilatlarının zorla Azərbaycanda azad seçkilər keçirməyə cəhd
etməyəcəkləri məlum olmadımı? Belə olan bir şəraitdə bu müxalifət
partiyaları hansı addımlar atacaqlarını xalqa elan etsinlər. Aydın
məsələdir ki, hökumətin qapısına düşüb bir- iki deputat yeri almaq üçün
sövdələşməyə cəhd edəcəklər.

Məlumdur ki, hökumət müxalifəti cılızlaşdırıb, indi də zorla onları
müxalifət statusunda saxlamaq istəyir. Bu gün onlar “siyasətdən gedirəm”
bəyanatı ilə çıxış etsələr hökumət real təşvişə düşər, 20 illik
siyasətlərinə ağır zərbə dəyər. 20 ildə həm öz rejimlərini, həm də
rejimə qarşı вЂ?’mübarizə’’ aparan müxalifətlərini formalaşdırıblar. Xalqın
başında qoz sındıran bu tandemin dağılmasına hökumət imkan verməz.
Musavat Partiyası hərdən cızığından çıxıb sərbəst addımlar atmaq
istəyir, ona görə də onlardan uzunmüddətli həbs olunanların sayı
artıqdır. O biri komanda isə görüntü yaratsa da cızığından çıxmır.

Ancaq bir də qeyd etmək istəyirəm, hökumətin tapşırığı ilə işləyən bu
kuklalar əsl müxalifətin yaranmasına mane olurlar. Partiyalar
liderlərini dəyişməlidirlər. Liderlər 20 illik вЂ?’fəaliyyət”lərindən
nəhayət xəcalət çəkməlidirlər, özlərinin şəxsi ucuz maraqlarına bu
milləti qurban verməməlidirlər. Onlarla da, onlarsız da Azərbaycanda
yeni qüvvələr formalaşmaqdadır və biz tezliklə bunun şahidi olacağıq.”

R.Quliyevin İsa Qəmbər və Əli Kərimliyə ünvanlanmış bu ittihamlarında
sözsüz ki, müəyyən qədər həqiqət var. Lakin bu ittihamları R.Quliyevin
dilə gətirməsi nonsensdir. Nədən ki, xalqa yalan danışmaq, arxasında 100
nəfər olmadığı halda böyük bəyanatlar vermək, özünün ucuz maraqları
naminə hakimiyyətlə oyunlar oynamaq, həlledici məqamda cəsarətsizlik
göstərmək və sairə bu kimi məsələlərdə Əli Kərimli ilə İsa Qəmbərin
Rəsul Quliyevə yetişmələrinə hələ çox var.

Yəni 20 illik məğlubiyyətlərə görə ən çox xəcalət çəkməli
siyasətşilərdən biri də elə R.Quliyevin özü olduğu halda, indi özünü
kənara çəkməsi, sanki heç vaxt müxalifət liderlərindən biri olmayıb, “bu
gün gəlirəm-sabah gəlirəm” deyə xalqa yalan vədlər verməyibmiş kimi
başqalarını ittiham eləməyə başlaması maraqlıdır və gərək ki, bunu etmək
üçün insanda xüsusi “qabiliyyət” olmuş olsun.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031