Gülər Əhmədova və bacısının adı daha bir qalmaqalda

31.01.2014 - 16:37

Sabiq deputatı “Kamran B.Ə.” MMC-nin təsisçisilə nə bağlayır?

 

Ali Məhkəmə dələduzluqda ittiham olunan “Kamran B.Ə.” MMC-nin
təsisçisi və rəhbəri Ələkbər Babayev, müxtəlif dövrlərdə MMC-nin
direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti
nəzarətçisi Süleyman Əliyev və “Inşaat-E” MMC-nin direktoru Kənan
Quliyevin barəsində olan məhkəmə qərarından verilmiş kasasiya şikayətinə
baxıb. 

Teleqraf.com-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmişlər Bakı
Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kasasiya
şikayəti veriblər. Onlar apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə
baxılmasını istəyiblər. Amma məhkəmə onların apelyasiya şikayətinə
qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul edib.
Məhkəmənin qərarından narazı qalan zərərçəkmişlər Ali Məhkəməyə müraciət
ediblər. 

Ali Məhkəmə zərərçəkmişlərin kasasiya şikayətini təmin etməyib və
Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını qüvvədə
saxlayıb. Cinayət işinin materiallarını baxılması üçün apelyasiya
instansiyasına göndərilib. 

Şikayətə hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada fevralın 11-də baxılacaq. 

Ittihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq
cəmiyyətin Yasamal rayonu ərazisində tikdiyi çoxmərtəbəli yaşayış
binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291
şəxsə təkrar sataraq əldə edilən 8 milyon 566 min manatın 2 milyon 545
min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon
20 min manat məbləği isə dələduzluq yolu ilə talayıb.

Bundan başqa, “Kamran B.Ə.” vergi ödəyicisi kimi qeydiyyatdan
keçdikdən sonra Ə. Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin
avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428
min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi
bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə
məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi
orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1
milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə
ödəməkdən yayınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Babayev 14 il,
G.Hüseynovla S. Əliyevin hər biri 11 il müddətinə azadlıqdan məhrum
ediliblər. Hökmə əsasən, adı çəkilən hər üç şəxsin əmlakı da müsadirə
olunacaq. Digər təqsirləndirilənlər – R. Nağıyev 10 il, K. Quliyev isə 6
il 25 gün müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzası alıb. Hər
iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti
məhkum etmə) maddəsi tətbiq edilib və onların barəsində həbs olmayan
cəza təyin edilib.

Məhkəmə hökmündən Baş Prokurorluq narazı qalıb. Prokurorluq K.
Quliyev və R. Nağıyevin barəsində olan hökmün ləğv edilməsini, onların
barəsində təyin edilən CM-nin 70-ci maddəsinin hökmdən xaric edilməsini
və hər iki şəxsin barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Həmçinin zərərçəkmişlərdə mülki iddia ilə bağlı apelyasiya şikayəti
veriblər. 

Ə.Babayev, G. Hüseynov və S. Əliyev də apelyasiya şikayəti veriblər.
Onlar barələrində təyin edilən cəzanın həddindən artıq ağır olduğunu
bildiriblər. 

Hazırda həbsdə olan sabiq millət vəkili G. Əhmədova ilə Ə.Babayevin
biznes əlaqəsinin ortaya çıxması barədə məlumatlar var. Tikinti şirkəti
rəhbərinin cinayət işi üzrə G.Əhmədova və onun bacısı Gülnar Quliyeva da
şahid qismində dindirilib. 

G.Əhmədova bildirib ki, ailəvi tanış olduqları Ə. Babayev ona və
bacısı G.Quliyevaya birgə işbirliyi qurmaq barədə təklif verib. Sabiq
deputatın bildirdiyinə görə, bu təklifdən sonra onlar birgə “Tamerlan
B.Ə.” MMC-ni təsis ediblər. G.Əhmədova ifadəsində qeyd edib ki, Ə.
Babayevin Italiyadan kağız istehsalı üzrə avadanlıqlar gətirmək və birgə
işbirliyi qurmaq planını həyata keçiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3820

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031