Əli İnsanovun bəyanatları hakimiyyəti qorxuya saldı

31.01.2014 - 16:39
Keçmiş naziri şüşə qəfəsə salıb, səsini “kəsdilər”
 

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi
ilə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Ədliyyə naziri Fikrət
Məmmədov və Penitensiar Xidmət rəhbərliyinə qarşı iddası üzrə Nəsimi
Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.
Məhkəmə
iclası saat 11.00-a təyin edilsə də, hava şəraiti ilə əlaqədar Əli
İnsanov saxlanıldığı Kürdəxanıdakı istintaq təcridxanasından gec
gətirildiyindən, proses saat 12.05-də başladı.
Hakim prosesi açıq
elan edərək bildirdi ki, məhkəmədə Penitensiar Xidmətin nümayəndəsi
iştirak etsə də, Ədliyyə Nazirliyindən heç kim yoxdur. Qeyd edək ki,
ötən məhkəmə iclasında da nazirliyin nümayəndəsi məhkəməyə gəlməmişdi.
Əli İnsanov bunu ədliyyə naziri Fikrət Məmmədovun məhkəməni saymaması
kimi qiymətləndirmişdi.
Hakimlər yerində müşavirə edərək, cavabdehin
iştirakı olmadan iclasın davam etdirilməsinə qərar verdi. Əli İnsanovun
vəkillərindən Toğrul Babayev buna etiraz etmək istəsə də, hakim imkan
vermədi. Hakim bildirdi ki,  hazırda apellyasiya şikayətinə mülki, yoxsa
inzibati qaydada baxılması müzakirə olunur. Vəkil Toğrul Babayev
şikayətə mülki qaydada baxılmasının tərəfdarı olduğunu qeyd etdi. Vəkil
Ağaveyis Şahverdi isə bildirdi ki, hakim cavabdehin iştirakı olmadan
prosesin davam etdirilməsi barədə qərarı tərəflərin fikrini öyrənmədən
verib və bu, yolverilmzdir. Penitensiar Xidmətin nümayəndəsi qərarı
məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
Daha sonra münasibət
bildirməsi üçün söz Əli İnsanova verildi. Qeyd edək ki, Əli İnsanov ötən
məhkəmə iclasında dəmir qəfəsdə saxlanılırdı. O, həm məhkəmə zamanı,
həm də fasilədə hakimiyyəti, konkret İlham Əliyevi  tənqid edən çıxışlar
edir, jurnalistlərə açıqlamalar verirdi. Əli İnsanov bu dəfə şəffaf
şüşədən olan kabinədə yerləşdirilmişdi və məhkəmə zalı ilə əlaqəsi
yalnız mikrofon vasitəsilə idi. Ancaq mikrofon təkcə ona söz verildikdə
kənardan işə salındığı üçün digər vaxtlarda Əli İnsanovun səsini məhkəmə
zalında əyləşənlərin eşitməsi mümkün olmurdu. Hətta fasilədə vəkillər
onunla məsləhətləşmək üçün vərəqə yazaraq şüşə arxasından ona göstərmək
məcburiyyətində qaldılar. Vəkilllər bildirdilər ki, Əli İnsanov üçün
yaradılan yeni “şərait” onun açıqlamalarının qarşısını almaq məqsədi
güdür.
Əli İnsanov işə mülki və ya inzibati qaydada baxılması ilə bağlı vəkillərinin fikirlərini dəstəklədiyini bildirdi.
Hakimlər
müşavirə üçün fasilə elan etdilər və qayıtdıqdan sonra işin baxılması
üçün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərildiyini elan
etdilər.
Avropa İnsan Hüquqları Məhkəməsi bu il martın 14-də keçmiş
nazirin şikayəti əsasında qəbul etdiyi qərarda onun Avropa İnsan
Hüquqları Konvensiyasının 3-cü (işgəncələrə, qeyri-insani rəftara məruz
qalmamaq hüququ) maddəsi ilə təminat verilən hüququnun pozulduğunu
təsdiqləyib, buna görə Azərbaycan hökuməti cərimələnib. Əli İnsanov
hesab edir ki, ağır şəraitdə saxlanmasına bilavasitə İlham Əliyevin
sifarişilə xalası oğlu olan ədliyyə naziri Fikrət Məmmədov göstəriş
verib. Bu səbəbdən də ona qarşı qaldırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=3821

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930