Ələsgər Mehdiyev Çernoqoriyada lüks kurort tikir

09.11.2015 - 12:20

cernaqoriyaAzərbaycanın “Shinkar Holding” şirkəti Çernoqoriyanın şimalındakı Jablyak qəsəbəsində dəbdəbəli qış kurortu tikmək ideyasına maraq göstərir.

Virtualaz.org saytı balkanpro.ru portalına istinadən xəbər verir ki, bu barədə həmin şirkətin rəhbəri, Azərbaycan nümayəndə heyətinin tərkibində hazırda Çernoqoriyada səfərdə olan Ələsgər Mehdiyev məlumat verib.

Ə.Mehdiyevin sözlərinə görə, Jablyakda restoran və kafeləri olan beşulduzlu otel tikmək planlaşdırılır.

“Jablyaka sonuncu səfərim zamanı əmin oldum ki, bu şəhər yeni turizm mərkəzinin yaradılması üçün çox münasibdir. Biz Qəbələdə də oxşar kurort yaratmışıq. Həmin layihəyə 140 milyon dollar sərmayə qoymuşuq. Jablyakın üstünlüyü ondadır ki, burada tam infrastruktur var, xizək sürmək üçün uyğun relyef var. İqlim şərtləri də əlverişlidir. Bundan başqa, Savin-Kuk dağında süni qar örtüyü yaratmağa ehtiyac yoxdur” – deyə azərbaycanlı biznesmen bildirib.

Ə.Mehdiyev Adriatik dənizi sahillərində yerləşən Çernoqoriyanın çox gözəl ölkə olduğunu, Avropaya yaxınlığını da xüsusi vurğulayıb və bunu turizm baxımından vacib amil saydığını əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=38210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728