İlham Əliyev AMEA-nın 70 illik yubileyində

09.11.2015 - 13:09

ameaNoyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

Cümhuriyyət.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.

Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.

Virtualaz.org xatırladır ki, Xatırladaq ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Elmlər Akademiyası yaradılıb. O vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.

Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi üzv seçildi. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) akademiyanın prezidenti olublar.

2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.

Hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır.

Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var.

Short URL: http://www.cumhuriyyet.net/?p=38233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728