“Prezidentin telefonu dinlənilib”
Korrupsiya
qalmaqalının araşdırılması zamanı Türkiyə Prezidenti Abdullah Gülün telefon
danışıqları dinlənilib.
Korrupsiya
qalmaqalının araşdırılması zamanı Türkiyə Prezidenti Abdullah Gülün telefon
danışıqları dinlənilib.
Verilənməlumata görə, bunu Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazirin sözlərinə görə, digər rəsmi şəxslərin telefon danışıqları da dinlənilib.
Qeyd edək ki, daha əvvəl verilən məlumata görə,
Türkiyədə korrupsiya qalmaqalı haqqında iş üzrə istintaq zamanı Ərdoğanın
telefon danışıqları dinlənilib.
Xatırladaq ki, dekabrın 17-də İstanbul və
Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin
övladları da olmaqla onlarla insan saxlanılıb.
Saxlanılanlar arasında Türkiyənin hakim
partiyasının üzvü olan bəzi nazirlərin övladları – iqtisadiyyat naziri Zəfər
Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu
Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz
Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin
başçısı Mustafa Dəmir, Türkiyənin “Xalq Bank”ının baş direktoru
Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.
Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və
narkotik maddələrin satışında ittiham edilmələri olub
Short URL: http://www.cumhuriyyet.net/?p=3825