Minlərlə yəhudi Con Kerriyə qarğış etdi

31.01.2014 - 16:59

Ötən gün axşam Yerusəlimdə minlərlə yəhudi Ağlaşma divarı önünə toplaşaraq ABŞ dövlət katibi Con Kerriyə qarğış edib.

 

 

Yəhudilər Allaha yalvarıblar ki, onların canını Kerridən qurtarsın.
Yəhudi dindarları narahat edən ABŞ dövlət katibinin işğal edilmiş
Fələstin ərazilərində salınmış yəhudi yaşayış məskənlərinin
boşaldılmasına dair təşəbbüsləridir. Dua edənlər arasında ravvinlər,
sağçı fəallar və həmin qanunsuz yaşayış məskənlərinin sakinləri olub.
Aksiyada İsrailin tikinti naziri Uri Ariel və bir neçə deputat da yer
alıb.

İsrail ABŞ dövlət katibinin Yaxın Şərq sülh təşəbbüslərindən ciddi
narazıdır. Bundan əvvəl İsrailin müdafiə naziri Moşe Yalonun Kerri
barədə senzuradan kənar ifadələr işlətdiyi məlum olmuşdu. İsrail
Knessetinin deputatı Moti Yoqev isə bəyan edib ki, Kerri baş nazir
Benyamin Netanyahuya misli görünməmiş təzyiq göstərir və onun
davranışlarında “antisemitizm” müşahidə edilir. Ağlaşma divarına gedib
Allahdan yəhudiləri Kerridən xilas etməyi xahiş edənlərdən biri də həmin
deputatdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3827

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031