Mer yaman ilişib
Toronto meri Rob Ford bu dəfə həddindən artıq alkoqol və narkotik
vasitələri qəbul etməklə bağlı dəlilləri gizlətmək üçün törətdiyi
cinayətdə ittiham olunur.
Belə ki, bir müddət merin bacısı ilə görüşən Skott Makİntayr adlı
şəxs iddia edir ki, Rob Ford onun döyülməsini təşkil edib ki, o, merin
əxlaqsız hərəkətlərini ictimailəşdirməsin. O, bu hadisədən sonra hətta
həbs də edilib. Rusiyanın RT kanalının məlumatına görə, Makİntayr
döyülməsinin və həbsə alınmasının təfərrüatını “The Globe” nəşrinə
danışıb.
Fordun vəkilləri isə bu ittihamları əsassız sayır. Lakin Makİntayr
məhkəməyə müraciət edərək qalmaqallı merdən 1 milyon dollar həcmində
təzminat almaq niyyətindədir.
Ötən ilin noyabrında Kanadanın ən böyük şəhərlərindən birinə
rəhbərlik edən Rob Ford narkotik maddə qəbul edərkən kameraların
yaddaşına düşüb. Yerli radiostansiyaların birində əhalidən üzr istəyən
mer “axmaq hərəkətlər” etdiyini etiraf edib, lakin buna görə öz postunu
tərk etməyəcəyini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3828