Kəmaləddin Heydərov “Kurtlar Vadisi”ndə
“Kurtlar Vadisi” Fövqəlnaziri vurdu
pusu” serialının növbəti bölümündə Azərbaycandan bəhs edilib. Serialın
213-cü bölümündə “Ağ saçlı” Polad Ələmdar tərəfindən Azərbaycana
göndərilən “Kara”nın Bakıda görüşməli olduğu “Türbədar” öldürülür.
Azərbaycanda “Kara”nı qarşılayanlar onu “Kəmaləddin”in öldürdüyünü
bildirirlər. Bunu bıçağın üzərindəki balıq işarəsi ilə
müəyyənləşdirirlər.
“İxtiyarlar”ın Azərbaycandan olan heyət üzvünün yerini də Rus mafiyasının rəhbərinə “Kəmaləddin”in satdığı bildirilir.
Ən maraqlı məqam isə “İxtiyarlar”ın Azərbaycandakı adamının
“Kəmaləddin”in kimliyilə bağlı sualı cavablandırarkən ortaya çıxır. O,
Karanın sualına cavab verərkən “Kəmaləddin”in “rusların Azərbaycanda
yeni uşağı” olduğunu bildirir. Və daha sonra bir qədər də
dəqiqləşdirərək, “Kəmaləddin”in kürü fabrikinin olduğunu deyir.
Eyni zamanda məlum olur ki, rus baronla əlaqəsi olan “Kəmaləddin”in İranla da müəyyən bağlılıqları var.
“Kurtlar vadisi pusu”nun daha çox siyasi bir serial olduğunu, burda
adları keçən şəxslərin real həyatda da mövcudluğu barədə iddiaları
nəzərə alsaq, Azərbaycanla bağlı hissədə adı keçən “Kəmaləddin”in
kimliyi maraq doğurmaya bilməz.
Serialda “İxtiyarlar”ın Azərbaycandakı adamının dilindən səslənən
əlamətlərin bəzilərində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun
təsvir olunduğu açıq şəkildə diqqəti cəlb edir.
Məlumdur ki, Azərbycanda kürü fabriki olan yeganə şəxs
Kəmaləddin Heydərovdur. Hətta bıçağın üzərindəki işarə də Kəmaləddin
Heydərovun fabrikində buraxılan kürülərin üzərindəki işarə ilə oxşardır.
Bundan
əlavə Kəmaləddin Heydərovun Rusiya rəbərliyi, xüsusən Putinin “sağ əli”
olan müdafiə naziri Şoyqu ilə yaxın əlaqələri, ortaq biznesi olduğu
çoxları üçün sirr deyil. Hətta Putinin seçkiqabağı Bakı səfərini də
Heydərovun Şoyqu vasitəsilə təşkil etdiyinə dair məlumatlar var.
Kəmaləddin Heydərovun İranla əlaqələrini isə onun əsas biznes
ortaqlarından birinin iranlı iş adamı Əhəd olması əyanı təsdiqləyir.
Yəni bir çox əlamətlər Kəmaləddin Heydərovu işarə verir.
“Kurtlar vadisi pusu”nun ssenaristinin K.Heydərovu bu formada təqdim
etməsi isə təəcüblüdür. Çünki bu serialın yaradıcı heyəti ilə Kəmaləddin
Heydərovun dostluq münasibətlərinin olduğu haqda məlumatlar vardı.
Yazıda təqdim olunan şəkil də bunu əyani göstərir.
Hətta bir ara “Kurtlar vadisi pusu”nun qəhrəmanlarının Qəbələdə
Kəmaləddin Heydərova məxsus oteldə istirahəti də təşkil edilmişdi.
Serialın seçkiqabağı bölümlərindən birində Azərbaycan hakimiyyətinə
dəstək ifadə edən fraqmentlərin yer alması da Kəmaləddin Heydərovun
xidməti kimi təqdim olunurdu.
Odur ki, milyonlarla izləyicisi olan serialda Kəmaləddin Heydərovla
bağlı kəskin dönüşün səbəbi maraq doğurmaya bilməz. Bu ya “Kurtlar
vadisi pusu”nun yaradıcı heyətinin Heydərovdan istədiyini ala bilməməsi
ilə bağlıdır, ya da serialda istəkləri nəzərə alınan AKP hökumətinin
Azərbaycan hakimiyyətinin seçkidən sonrakı Rusiya meyilli siyasətindən
narazı qalması ilə…
Short URL: http://www.cumhuriyyet.net/?p=3830