Baş prokurorluq qazaxlı iş adamını intihar qərarından daşındırdı

31.01.2014 - 17:59

 
Məlum olduğu kimi, Qazax rayonundan olan iş adamı Elşad Məmmədov
sabah özünü etiraz olaraq yandırmaq qərarına gəlmişdi. Və bu barədə
mətbuata verdiyi açıqlamasında Elşad Məmmədov bildirmişdi ki, artıq
üzləşdiyi problemin həllində hüquq-mühafizə orqanlarının, müvafiq dövlət
qurumlarının fəaliyyətsizliyi səbəbindən yeganə çıxış yolu kimi
intiharı seçib.

Qeyd edək ki, intihar edəcəyini, özünü yandıracağını deyən Qazax
rayonundan olan sahibkar Elşad Məmmədov “Avesta” konserninin prezidenti
Hacı İbrahim Nehrəmlini və daha bir neçə şəxsi ittiham edən açıqlama ilə
çıxış etmişdi. Elşad Məmmədov redaksiyamıza açıqlamasında bunları
demişdi: “Məni bu addımı atmağa vadar edən Hacı İbrahim Nehrəmli və onun
məmur qardaşının hökmündən qorxan məhkəmələr, hüquq-mühafizə
orqanlarıdır. Düz iki ildir ki, mən Hacı İbrahim Nehrəmli tərəfindən
mənimsənilən 355 min manatımın davasını döyürəm. Amma kimsə mənim –
yetim oğlanın haqqının bərpasına yardım etmədi.

Bilirəm ki, intihar etmək günahdır. Amma mənim başqa bir şansım
qalmayıb. 3 körpə uşaqla dolanışıq dərdi çəkirəm. Halbuki pulum geri
qaytarılsaydı, belə bir problemim də olmazdı. İş o yerə çatıb ki, Hacı
İbrahim məni “Yeni Müsavat” qəzetində ittiham edir”.

Sahibkar bildirirdi ki, inanclı adamdır: “Mən müsəlmanam. Kimsə sonra
məni intihar etdikdən sonra dəli, alkoqolik adlandırmasın. Qərarımı
vermişəm. Fevral ayının 1-də özümü yandıracam. Haqqımın bərpası üçün
başqa bir etiraz forması görmürəm. Allah bağışlayandır və mərhəmətlidir.
3 körpə balamı Allaha və müsəlman qardaşlarıma, haram tikə yeməyən mərd
oğlanlara həvalə edirəm. Mənim yerim hazırdır. Bu şəkildəkilər – Allah
ölənlərinizə rəhmət eləsin – annam və atamdır. Bu ağacları da özüm
əkmişdim, çox böyüyüblər”.

Daha sonra Elşad Məmmədov onun intiharında günahkar olanların adlarını da açıqlamışdı:

1. ,, Avesta”şirkətinin rəhbəri Nehrəmli Hacı İbrahim.
2. ,, Həsən-96″MTK-nın sədri Emil Tağıyev (nehrəmli Hacı İbrahimin bacanağı)
3. ,, Həsən-96″ MTK-nın şöbə müdiri Zülü İskəndərov
4. Nərimanov polis bölməsini tədqiqatcısı kapitan Tərlan Muradov
5. Nəsimi rayonu hakimi Səyyad Qafari
6. Apellyasiya məhkəməsinin hakimi Xuraman Məhərrəmli
6. Ali məhkəmənin hakimi Qəhrəman Allahverdiyev
7. Prokrorluq işçisi Nazir Quliyev.

Sahibkar bildirir: “Mənim qanuni sənədlərimə yox nehrəmli Hacı İbrahimin əmrini yerinə yetirdilər”.

Onu da bildirək ki, artıq bu olaya dövlət səviyyəsində rəsmi reaksiya
verilib. Bununla bağlı açıqlama verən iş adamı Elşad Məmmədov bildirdi
ki, bu gün Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsində olduğunu deyən qazaxlı iş adamı bildirdi ki, İdarənin rəisi
Kamran Əliyevin qəbulunda olub.

Elşad Məmmədov: “Kamran Əliyevlə görüşdə problemin mahiyyəti müzakirə
olundu. Görüşdə həmçinin narazılıq etdiyim Nazir Quliyev də iştirak
edirdi. Kamran müəllim bildirdi ki, bir həftəlik müddət ərzində iş
mahiyyəti üzərə yenidən araşdırılacaq”.

Sahibkar bu səbəbdən intihar qərarından müvəqqəti daşındığını da
bildirdi: “Mən inanıram ki, korrupsiyaya qarşı mübarizə idarəsi işi
mahiyyəti üzərə araşdırıb, haqqımın bərpasında rol oynayacaq. Ona görə
də prokurorluq orqanlarının sözlərini nəzərə alaraq 1 həftəlik olaraq
qərarımdan müvəqqəti daşınmışam”.

Sahibkar onu da əlavə etdi ki, yaxın günlərdə məsələ ilə bağlı
mətbuat qarşısında geniş çıxış edib, təfsilatı ilə informasiya verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=3831

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930