Cavidlə Röya uşaqları ilə birlikdə Ermənistana niyə qaçdı
Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu
ölkəyə keçən 5 nəfərlik azərbaycanlı ailə barədə açıqlama yayıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu
ölkəyə keçən 5 nəfərlik azərbaycanlı ailə barədə açıqlama yayıb.
MTX-in
mətbuat xidmətindən yayılan açıqlamaya görə yanvarın 29-da
Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” sərhəd-keçid məntəqəsində
Bakı şəhərinin sakini, 1976-cı il təvəllüdlü Cavid Orucov arvadı və üç
uşağı ilə birlikdə Ermənistandan sığınacaq istəyib.
“Azərbaycan vətəndaşı öz qərarını belə əsaslandırıb ki, vətənində
təqiblərə məruz qalır. Belə ki, Orucovun iddiasına görə 1983-cü il
təvəllüdlü, erməni mənşəli Röya Mirzəyeva ilə evləndikdən sonra xüsusi
xidmət orqanları onu təqib etməyə başlayıb. Təzyiqlərə davam gətirməyən
Orucov Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə məcbur
olub, arvadının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan və
erməni diasporu barədə informasiya toplayaraq onlara ötürüb. Daha sonra
ailəsinin başının üstünü alan təhlükəni görən Orucov Avropa ölkələrindən
birində siyasi sığınacaq almağa cəhd edib, lakin onu geriyə, Bakıya
deportasiya ediblər. Bakıya qayıdandan sonra xüsusi xidmət orqanları
yenidən ona təzyiq etməyə başlayıb və Orucov ailə üzvləri ilə birgə
Ermənistandan siyasi sığınacaq istəmək qərarına gəlib. Hazırda BMT-nin
İrəvan ofisi və Ermənistanın Dövlət Miqrasiya Xidməti ailənin sonrakı
taleyi ilə bağlı məşğul olur” deyə Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin açıqlamasında bildirilir.
* * *16:45
Az əvvəl Ermənistan Xarici İşlər Nazirliyi özünün facebook
səhifəsində Azərbaycandan olan 5 nəfərlik ailənin bu ölkəyə keçdiyinə
dair KİV-lərdə yayılmış xəbərləri təsdiqləyib.
Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər
verir ki, XİN bu iddia ilə bağlı hər hansı əlavə təfərrüat açıqlamayıb.
Ermənistan XİN-in açıqlamasında bildirilir ki, bu məsələ ilə bağlı
müvafiq strukturlar tərəfindən ətraflı açıqlama veriləcək.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidməti
isə bu iddia ilə bağlı açıqlama verməkdən hələlik imtina edir.
Xatırladaq ki, Azərbaycandan olan 5 nəfərlik ailənin (ata, ana və üç
uşağı) Ermənistana keçdiyi barədə iddia bu gün səhər bəzi erməni
mənbələrində yer alıb. Həmin iddiada deyilirdi ki, ailə yanvarın 29-da
Ermənistan-Gürcüstan sərhədindəki “Baqrataşen” sərhəd-keçid məntəqəsində
Ermənistandan sığınacaq istəyib. Daha sonra ailənin artıq Ermənistan
ərazisinə keçdiyi xəbər verilib.
Lakin ailə üzvlərinin kimlikləri və digər təfərrüatlar göstərilmir.
Azərbaycan rəsmi qurumlarının da erməni tərəfinin bu iddiasına
reaksiyası yoxdur.
* * * 11:37
Ermənistan mənbələri az əvvəl 5 nəfərlik azərbaycanlı ailənin bu ölkəyə keçmək istədiyi haqda xəbər verib.
Virtualaz.org saytı erməni qaynaqlarına istinadən
xəbər verir ki, hadisə haqda “Aravot” qəzetinin Ermənistanın Tavuş
vilayəti üzrə müxbiri məlumat yayıb. Onun iddiasına görə, yanvarın 29-da
Azərbaycan vətəndaşları olan beş nəfərlik ailə (ata, ana və üç uşağı)
Ermənistan-Gürcüstan sərhədindəki “Baqrataşen” sərhəd-keçid məntəqəsində
Ermənistandan sığınacaq istəyiblər. Digər təfərrüatlar haqda xəbər
verilmir. Həmçinin Ermənistana keçmək istədiyi iddia olunan ailənin
üzvlərinin kimlikləri də göstərilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3832