296 erməni terrorçusu axtarışa verilib
Ermənilərin azərbaycanlılara qarşı
törətdiyi terror və digər ağır cinayətlərlə bağlı axtarışda olanların sayı
açıqlanıb.
Azərbaycanın
hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün keçirdiyi
kollegiya iclasında bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri,
terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin
törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti
nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə
296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.
Hazırda cinayət işi üzrə intensiv
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3834