Aclıq edən Qarabağ veteranı prezidentə müraciət etdi
“Bu ədalətsiz
savaşda mənə yardımçı olun”
“Bu ədalətsiz
savaşda mənə yardımçı olun”
Mahir
Abdullayevin hüquqlarını müdafiə komitəsinin sədri, Qarabağ müharibəsi veteranı
Azad Mürsəliyev və daha dörd nəfər qohumunun keçən həftədən etibarən başladığı
aclıq aksiyası davam edir. A.Mürsəliyev keçirdiyi aksiya və irəli sürdüyü tələblərlə
bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.
Müraciətdə
deyilir: “Abdullayev Mahir İslam oğlunun itkin düşməsi və digər faktlara dair istintaq olunan 105157 saylı cinayət işi üzrə güya yaranmış zərurətlə əlaqədar olaraq mən Azərbaycan Respublikası MTN-nin zabiti Mahir İslam oğlu Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, Qarabağ Müharibə veteranı Mursaliyev Azad Oqtay oğlu giriş-çıxış və qeydiyyat İAMAS -ın sərhədkeçməyə məhdudiyyət siyahısına müvafiq statusla daxil edilmişəm. Baş Prokurorluq nəzdində şəxsən Sizin göstərişinizə əsasən 105157 saylı cinayət işinin obyektiv araşdırılması məqsədilə Baş Ədliyyə Müşaviri Elmar Camalovun rəhbərliyi altında yaradılmış Müstəqil İstintaq Komisiyası Mahir Abdullayevin aqibətinə aydınlıq gətirmək əvəzinə hər hansı hüquqi zəruriyyət olmadan mənim ölkədən getmək hüququmu məhdudlaşdırmışdır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu mənim ölkədən getmək hüququmu əsassız olaraq məhdudlaşdırmaqla Azərbaycan Respublikası Konstitusiyasının 228 ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququmu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28 – ci maddəsinin 3 – cü hissəsinə əsasən, qanuni sürətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sər-bəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilə və Azərbaycan Respublikasının ərazisindən
kənara gedə bilər.Eyni zamanda ölkədən getmək,ölkəyə gəlmək və pasportlar
haqqında 14 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanunun 1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətandaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst sürətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətandaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.
Cürətimə görə çox üzr istəyirəm. Sadəcə olaraq bir daha Sizin diqqətinizi müəyyən məqamlara cəlb etmək istəyirəm. Yuxarıda qeyd olunan hüquqlar yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər.
1.Vətandaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismindətanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburixarakterli tədbirlər tədbiq edildikdə o müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtara dək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək.
2.Vətanadaş
müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətəçağrıldıqda müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək.
3.Beynəlxalq
tibbi sanitariya qaydalarına və ya Azərbaycan
Respublikasınıntərəfdar çıxdığı döv-lətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunanölkələrə gediş gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək.
4.Məhkəmə
qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətandaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək.
Dövlət sirriilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddətibitənədək,lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırılabilər. Hər hansı,bir ölkədə
fövqaladə vəziyyət və ya insan həyatı, sağlamlığı və yaazadlığı üçün təhlükə
yaranarsa,Azərbaycan Respublikasının Xarici İşlər nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətandaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyı edəbilər.
Lakin,
mənimlə bağlı ölkədən getməyimin məhdudlaşdırılmasına səbəb olan
qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hal baş vermədiyindən prokurorluq orqanı qeyd olunan qanunun tələblərini pozmuşdur.
Mənimlə
bağlı ölkədən getməyimin məhdudlaşdırılmasına səbəb olan qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hal baş vermədiyindən prokurorluq orqanı qeyd olunan qanunun tələblərini pozmuşdur. Göründüyü kimi prokurorluq orqanının qanunazidd inzibati aktı nəticəsində mənə maddi ziyan dəyməsi bir yana, qanunsuz olaraq mənəvi ziyan da vurmuşdur.
Belə ki, mən şəxsi işim ilə əlaqədar, konkret olaraq şəxsən özümün və ailə üzvlərimin həkim müayinəsindən keçmək məqsədilə Türkiyə Respublikasına getmək üçün 01 noyabr 2012- ci il atrixdə Türk hava yolları şirkətindən Bakı-İstanbul marşrutu üzrə 426 manat 69 qəpiyə
təyyarə bileti almışdım. Biletə görə uçuş vaxtı 02 noyabr 2012 ci ildə saat 04.54-təyin olunmuşdur. Mən 02
noyabr 2012 ci ildə saat 02.30 radələrində Bakı şəhərində yerləşən H.Əliyev adına Beynəlxalq hava limanında olmuş və limanın qeydiyyat şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçdim, yükümü baqaja təhfil verdim. Saat 03.00 – da hava limanında Dövlət Sərhəd Xidmətinin yoxlanışından keçərkən həmin xidmətin əməkdaşları tərəfindən pasportum alınmış və hava limanının inzibati binasında yerləşən sərhəd məntəqəsinə məxsus növbətçi hissədə saxlanılmışam. Həmin vaxt Dövlət Sərhəd Xidmətinin əməkdaşları mənə saxlanılmağımın əsasını bildirməmişdirlər. Mən orada 7 saat ac susuz saxlandıqdan sonra 10.00 da Azərbaycan Respublikası Baş
Prokurorluğunun əməkdaşına təhfil verilmişəm. Prokurorluğun əməkdaşı məni şəxsi avtomaşını ilə Azərbaycan Respublikası Baş Prokurorluğun inzibati binasına aparır. Prokurorluğun
inzibati binasında Müstəqil İstintaq komissiyasının sədri Elmar Camalov və digər şəxslər də vardır. Mən onlara öz narazılığımı bildirdim,
onlardan hansı cinayət işinə və hansı əsasla
mənim ölkədən getmək hüququmun məhdudlaşdırıldığını soruşdum. Elmar Camalov bildirdi ki, bu işdə onların günahı yoxdur, cinayət işinin istintaqını aparan əvvəl ki, müstəntiq Vuqar Nəsibov tərəfindən sənin ölkədən getmək hüququn məhdudlaşdırılmışdır. Bu söhbətdən sonra mən sərbəst buraxıldım, məndən hər hansı izahat və ya ifadəm alınmadı.
Beləliklə
hesab edirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun mənim ölkədən getmək hüququmun məhdudlaşdırılması ilə bağlı hərəkətləri kobud şəkildə qanun pozuntusudur. Bundan əlavə, elə həmin Müstəqil İstintaq Komissiyası Sizin göstərişinizə baxmayaraq Mahir Abdullayevin aqibətinə aydınlıq gətirmək istiqamətində heç bir addım atmamış, əksinə bu işə heç bir aidiyyatı olmayan şəxsləri məhkəmələr vasitəsilə cinayət məsüliyyətinə almışdır. Bu azmış kimi, Mahir Abdullayevin yaxın qohumlarına qarşı nə qədər gülünc olsa belə porodoksal mövqe tutmuşdur. Belə ki, heç bir əsas və subut olmadan Elmar Camalov və Kürdəmir Rayon Polis Şöbəsinin rəis müavini Qalib adlı polis zabiti ayrı- ayrı vaxtlarda itgin düşmüş Mahir Abdullayevin qardaşı oğlu Abdullayev Mübariz Əslan oğlundan işgəncələr altında güya onun Mahir Abdullayevin qohum-əqrəbəsinə sonuncunun üzərində zor tətbiq etməsi hədəsi ilə külli miqdarda pul istəməsinə dair saxta ifadə alıb Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsi vasitəsilə 10 (on) il iş verdirmişdirlər.
Yuxarıda göstərilən faktlarla bağlı dəfələrlə rəsmi olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə, o cümlədən şəxsən Sizin ünvanınıza ərizə və müraciətlər göndərmişəm. Yuxarıda adlarını qeyd etdiyim guc strukturları bir Baş Prokurorluq deyilsə, bir ağızdan mənə rəsmi şəkildə cavab verərək bildirmişdirlər ki, “sizinlə bağlı bizim təşkilatın heç bir məhdudiyyəti mövcud deyil.” DİN kimi bir güc strukturunun belə bir bəyanatı bir daha subut edir ki, nazirliyin Əməliyyat statistika idarəsinin kartotekasında mənimlə bağlı heç bir sorum yoxdur, qanunla mənim problemim mövcud deyil. Prokurorluq orqanları isə öz növbəsində bütün etik normaları pozaraq heç bir əsas və yaxud məhdudiyyət müddəti göstərmədən bildirir ki, “sizin respublikadan çıxışınıza yasaq qoyulub.”
Yuxarıda göstərilənləri nəzərə alaraq mənim başqa çıxış yolum olmadığından 22.01.2014-ci il tarixdən Bakı şəhəri Yasamal rayonu İsmayll Qutqaşınlı 9-unvanında yerləşən Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin ofisində aclıq aksiyası keçirməklə aidiyyatı qurumların, şəxsən Sizin və insan haqları təşkilatlarının diqqətini qarşılaşdığım problemlərə yönəltməyə qərar verdim.
Aclıq aksiyasında 3 (üç) tələb irəli sürdüm :
1.
Əsassız olaraq mənim ölkədən çıxışıma qoyulan qadağa götürülsün.
2.
Müstəqil İstintaq Komisiyası Mahir Abdullayevin istintaqı ilə bağlı zərərçəkmişə, ailə üzvlərinə hər hansı bir məlumat versin.
3.
Prokurorluq orqanları tərəfindən Mübariz Abdullayevin simasında ailəmizə qarşı aparılan təzyiqlərə son qoyulsun.
27
yanvat 2014-ci il tarixində tərəfimdən keçirilən mətbuat konfransında ailənin daha 4 (dörd) üzvü – Abdullayev Tehran, Abdullayeva Nəzakət, Abdullayeva Göyçək və Abdullayeva Pərvizə mənə dəstək məqsədilə müddətsiz aclıq aksiyasına qoşulublar. Hal hazırda 8 (səkkiz)ci gündür ki, aclıq aksiyası kecirirəm. Lakin bu günə kimi, əgər kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini, ziyalıları və bir sıra hüquq nümayəndələrini saymasaq, bir nəfər olsun belə rəsmi şəxs mənim və digərlərinin tələbləri ilə maraqlanmayıb, prokurorluq açıq şəkildə atdığı qanunsuz hərəkətlərə görə tərəfimizdən ittiham olunmasına baxmayaraq heç bir açıqlama verməmişdir.
Son vaxtlar onlarla Qarabağ qazisinin və yaxud ümumiyyətlə Azərbaycan vətandaşlarının özlərinə qıymaları, suiqəsd etmələrinə səbəb dövlət strukturlarında çalışan bəzi məsüliyyət hissi bilməyən məmurlarımızdır, şəxsən mənim misalımda isə Elmar Camalovun simasında Baş Prokurorluğun bir sıra əməkdaşlarıdır. Qeyd olunan şəxslərin, Azərbaycan Vətandaşlarının, xüsusilə Qarabağ Qazilərinin hansı səbəblərə görə özlərinə suiqəsd etmə səbəblərini Elmar Camalovdan fərqli olaraq mən artıq dərk etmişəm. Bu insanlar həyatda üzləşdikləri bir sıra sosial problemlər ucbatından deyil, aidiyyatı orqanların, məmurların onların dərdlərinə şərik olmadıqlarından, on
Short URL: http://www.cumhuriyyet.net/?p=3835