Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb

10.11.2015 - 11:28

urfanNoyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının toplanışına daha bir futbolçu çağırılıb.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” klubunun müdafiəçisi Ürfan Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.

Daha öncə “Sumqayıt”dan hücumçu Ağabala Ramazanova dəvət göndərilib. Əvəzində AVRO-2016-nın seçmə qrup mərhələsində 3 qolla Azərbaycan millisinin bombardiri olmuş Almaniya “Karlsrue”sinin yarımmüdafiəçisi Dmitri Nazarov zədəli olduğu üçün heyətdən çıxarılıb. Baş məşqçi Robert Prosineçki ilkin siyahıda “Qəbələ”dən Maqomed Mirzabekov, Arif Daşdəmirov və Ruslan Abışova da yer verib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=38376

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728