AŞPA deputatları Anar Məmmədlinin azadlığa buraxılmasına çağırırlar

01.02.2014 - 14:32

AŞPA-nın 30 ölkəni təmsil edən 60-dan çox deputatı Azərbaycan
vətəndaş cəmiyyətinin tanınmış fəalı, Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin
həbsilə bağlı bəyanmamə ilə çıxış ediblər.

AŞPA-nın bütün siyasi qruplarının nümayəndələrinin imzaladıqları
bəyannamə qış sessiyası iştirakçıları arasında assambleyanın rəsmi
sənədi kimi paylanılıb.
Sənəddə qeyd olunur ki, A.Məmmədli tanınmış vətəndaş cəmiyyəti
fəalıdır. O, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şuarsı ilə
əməkdaşlıq edib.Onun rəhbərlik etdiyi təşkilat 2001-ci ildən Azərbaycanda seçkilərin
monitorinqini həyata keçirib. 2013-cü il 9 oktyabr prezident
seçkilərinin monitorinqini keçirib və müşahidənin nəticələrinə dair
hesabat yayıb. Sənəddə seçki prosesi tənqid edilib.SMDTM  Aİ ölkələri vətəndaş cəmiyyəti institutları və “Şərq
tərəfdaşlığı” ölkələri ilə birgə yaradılmış demokratik seçkilər üzrə
Avropa platformasının (EPDE) üzvüdür. A.Məmmədli EPDE İdarə Heyətinin
üzvü seçilib.Bəyannamə müəllifləri Azərbaycan hakimiyyətini A.Məmmədliyə qarşı
ədalətli və şəffaf hüquqi prosesin keçirilməsini təmin etməyə, Avropa
İnsan Hüquqları Konvensiyasının  tələblərinə tam həcmdə əməl etməyə
çağırıb.
AŞPA üzvləri A.Məmmədlini məhkəməyəqədərki həbsdən azad etməyə çağırıblar.
Amnesty International hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=3842

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930