Vergilər naziri barədə şok iddia

01.02.2014 - 14:35

Fazil Məmmədov təşviş içində; Vergilər Nazirliyini gülləyə tutan vəhhabi Samir Qurbanov nazirin çox yaxın qohumu imiş…

Fazil Məmmədov təşviş içində; Vergilər Nazirliyini gülləyə tutan vəhhabi Samir Qurbanov nazirin çox yaxın qohumu imiş…
 
Vergilər naziri Fazil Məmmədov gərginlik içindədir. O hesab edir
ki, nazirliyində və çevrəsində dönüklər var və onunla bağlı məlumatları
iqtidardakı düşmənlərə, həm də mətbuata ötürür. Nazir eyni zamanda bir
məsələnin mətbuata sıza biləcəyindən narahatdır:
Vergilər
Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə
tutan vəhhabi (sələfi) təriqətinə qoşulmuş Samir Qurbanovun onunla yaxın
qohumluğunun bu periodda üzə çıxacağı… Məlumatı dərc edərək, hörmətli
nazirimizi narahatlıqdan qurtaraq –  artıq biz və bizim vasitəmizlə də
bütün ölkə bildi ki, bu yaxınlarda ona asi çıxan Vergilər Nazirliyinin
sabiq təhlükəsizlik xidməti rəisi Samir Qurbanov onun özbəöz qohumudur.
Bu yaxınlarda mövzu ilə bağlı açıqlama verən şeyximiz məhz onu – Fazil
müəllimi nəzərdə tuturmuş –  bunu da artıq hər kəs idrak edə bildi!
Bir
xatırlatma edək: Ötən saylarımızda etibarlılığı şübhə doğurmayan
mənbəyə istinadla bildirmişdik ki, vəhhabi Samir Qurbanov vergilər
nazirinin müavini Namiq Əliyevin bacanağıdır. Namiq Əliyev isə müdafiə
nazirinin birinci müavini, baş qərargah rəisi Nəcməddin Sadıqovun
qudasıdır. Eyni zamanda S.Qurbanovun vergilər naziri Fazil Məmmədovun ən
yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin
 idarəçiliyi ilə məşğul olan, ATA-Holdinq Müşahidə Şurasının üzvü Qafar
Qurbanovun qardaşı olduğunu yazmışdıq. Təkzib olunmayan məlumatlara
görə, S.Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu
üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində
300 nəfər sələfi olub.
S.Qurbanov bir neçə il
Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində
çalışıb. Ancaq bu  yaxınlarda uzun illər çalışdığı vəzifəsindən
çıxarılıb. O, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi
maaşından əlavə 50 min manat “paket” də (qeyri-rəsmi maaş) alırmış. Bu
pul icmanın ehtiyaclarına xərclənirmiş. S.Qurbanovu hiddətləndirən ən
çox paketin kəsilməsi olub, o, rəhbərlikdən paketin bərpa edilməsini
tələb edib.
İnsidentdən sonra F.Məmmədovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə sisteminə sayıqlığı artırmaq tapşırılıb.
İndi
belə məlum olur ki, vəhhabi məzhəbinə girmiş Samir Qurbanov əslində
vergilər nazirinin özünün yaxın qohumudur. Bu hadisədə gizlində qalan
bir ad-soyad var –  Rafael Qurbanov! Nazir Fazil Məmmədovla
bibioğlu-dayıoğlu kimi qan qohumu olan Rafael Qurbanov da vəhhabi olan
və nazirliyi güllələyən Samir Qurbanovun doğmaca əmisi oğlu imiş.
Beləcə, aydın olur ki, Şeyx Allahşükür Paşazadə iddiasında haqlıdır –
nazirlərin, yüksək mənsəb daşıyan məmurların ən yaxın qohumları vəhhabi
təriqətinə girmişlər və əllərində olan imkanları bu təriqətin
Azərbaycanda möhkəmlənməsinə yönəldirlər. Fazil Məmmədov da, sən demə,
fərqində olmadan bu yaxınlara qədər hər ay vəhhabilərə 50 min manat pul
ödəyirmiş. Ta ki, onun yaxın qohumu Samir Qurbanov onun özünə qarşı
çıxana qədər…
Rafael
Qurbanov cənab nazirin çox yaxın qohumu olsa da, bir ara ona dönük
çıxmış və tamamilə əks cəbhədə olan bir nazirin çətiri altına girmişdi.
Rafael Qurbanov gömrük polkovnikidir və uzun müddət Dövlət Gömrük
Komitəsində idarə rəisi işləyib. F.Məmmədov siyasi çətirini dəyişdikdən
sonra onun əvvəllər müttəfiq olduğu tərəflər bir-birinə əzələ nümayiş
etdirməyə, biri o birinin yaxın adamlarını öz tərəfinə çəkməyə başladı.
Bu dalğada F.Məmmədovun gömrük sistemində yüksək vəzifə tutan yaxın
qohumu – bəzi məlumatlara görə xalası oğlu – Rafael Qurbanov ona dönük
çıxıb. Lakin sonradan R.Qurbanovun təşkilatçılıq imkanlarından və
əlaqələrindən ölkə və Fond adına xaricdə keçirilən tədbirlərdə istifadə
olunmağa başladı; bu səbəbdən qohumlar yenə də eyni xəttə qayıtdılar və
hər ikisi eyni siyasi “çətir” altına yığışdı. Lakin Samir Qurbanovun
həbsi, daha sonra isə həbsxanadan Fazil Məmmədovu və Binəqədinin İH
başçısı Xaləddin İsgəndərovu təhdid etməsi vergilər nazirinin çetesi
daxilində ciddi problem yaradıb.
Bütün bunlar azmış kimi,
Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki
bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlandı. Uzun
aylar aparılan təftiş “Ştirlis”i tapmağa yetmədi –  informator
tapılmadı.
Fazil Məmmədov hətta xüsusi xidmət
orqanlarına müraciət edərək, yaxın ətrafından və qohumları içərisindən
şübhələndiyi adamların telefonlarını və əlaqələrini yoxlamağı israrla
xahiş edib.  Şübhələndiyi isimlərin içərisində nəyə görəsə Rafael
Qurbanov da var.
Vəziyyəti belə görən Rafael Qurbanov hərəkətə
keçib və istedadını işlədib. Qəzetimizə məlum olub ki, o, bütün
şübhələri üzərindən atmaq üçün detektiv romanların süjeti ilə yarışa
biləcək bir oyun qurub. Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində
Cinayət-Axtarış İdarəsinin rəisi kimi yığdığı təcrübə karına gəlib. (Bu
barədə növbəti saylarımızda yazacağıq .
Lakin müşahidələr, eləcə də bu yazı onu göstərir ki, hörmətli nazirimizin ətrafındakı “köstəbəklər” hələ də ifşa edilməyib…
Bu da o deməkdir ki, F.Məmmədov və onun adı hələ uzun müddət media və ictimai müzakirələrdə olacaq…
musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=3843

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930