Bir günlük qar Sumqayıtın necə idarə edildiyinin testi oldu…

01.02.2014 - 14:42

Vətəndaşlar “qar blokadası”na görə icra başçısı və bələdiyyə sədrini ittiham edir

 
Bizə müraciət edən bir qrup Sumqayıt şəhər sakini şəhər
ərazisində 24 saatdan artıq davam edən “qar blokadası” ilə bağlı
Sumqayıt Şəhər İcra Hakimiyyəti və və Sumqayıt Şəhər Bələdiyyəsini ittiham edib.

 Vətəndaşların
sözlərinə görə, srağagün axşam saatlarından başlayaraq hava şəraitinin
kəskin pisləşməsi və qar yağmasına rəğmən adıçəkilən qurumlardan heç
biri yollarda
nəqliyyatın normal fəaliyyətini təmin etmək üçün heç bir addım atmayıb:
“Dünən
səhər saatlarından etibarən 24 saat ərzində Sumqayıt şəhərinin ətraf
ərazilər –
Corat qəsəbəsi, bağ massivləri, “Şuşa” və “Sarıqaya” massivləri, “Saray
qəsəbəsi, “Yaşıl Dərə” və s. ərazilərlə faktiki olaraq əlaqəsi kəsilib.
Yollarda normal və
təhlükəsiz hərəkətin təşkili üçün nə icra hakimiyyəti, nə də bələdiyyə
tərəfindən
heç bir addım atılmadığı üçün bəzi marşrutların fəaliyyəti yalnız bu gün
bərpa
olunub. Dünən isə Sumqayıt şəhərinin ətraf qəsəbələrlə əlaqəsini təmin
edən
xeyli marşurut, o cümlədən 40 və 985 saylı marşrutlar fəaliyyət
göstərməyib.
Halbuki, magistral yollara cüzi sayda texnika və canlı qüvvə cəlb
etməklə “qar
blokadası”nı aradan qaldırmaq mümkün idi”.

Sinoptiklərin qarlı günlərin davam edəcəyi ilə bağlı xəbərdarlığına
diqqət çəkən vətəndaşlar ümid edir ki, heç deyilsə əlqədar qurumlar bundan
sonra məlum məsələyə diqqət yetirəcək və şəhərin ətraf yaşayış məntəqələri ilə əlaqəsini
təmin edəcəkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3845

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031