Erməni əsirin özü və ailəsi haqda bilmədiklərimiz
Mamiko Xocayanın Rusiya ilə nə əlaqəsi?
kəndində əsir götürülən Ermənistan diversiya qrupunun üzvü Mamiko
Xocayanın ailəsi haqda yeni təfərrüatlar üzə çıxıb.
Bu informasiyanı Mamikonun yaşadığı Tavuş rayonunun Verin Karmir
kəndinin başçısı Kamo Çobanyan yayıb. Onun sözlərinə görə, Mamikonun
həyat yoldaşı 55, oğlu isə 35 yaşında ölüb. Onun iki nəvəsi isə Rusiyada
avtomobil qəzasında həlak olub, bir nəvəsi də xəstəlikdən ölüb.Kamo
Çobanyan bildirib ki, Mamikonun oğlu onu yaşadığı Rusiyanın Lipeçsk
şəhərinə aparıb. Ancaq Mamiko oğlunun evindən qaçaraq Moskvaya gedib.
Kənd başçısı əlavə edib ki, Mamiko son beş ildə fiziki əməklə məşğul
olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib.
Xatırladaq
ki, bir neçə gün öncə isə Kamo Çobanyan erməni mediasına müsahibə
vermişdi ki, Mamiko əlində vedrə üzüm yığmağa gedib. İndi isə onun əvvəl
dediyi sözləri inkar etməsi heç də təsadüfi deyil. Sadəcə, kənd başçısı
əvvəl dediklərini inkar etməklə, Mamikonun başdan xarab olmasını dünya
mediasına sırımaq istəyir. O ki qaldı Mamikonun Rusiyada yaşadığı
oğlunun yanından qaçmasına, bunun fonunda yəqin Ermənistan gizli
kəşfiyyatının əl izləri var. Fakt isə faktlığında qalır, erməni əsir
televizya ilə müsahibəsində erməni kəşfiyyatına işlədiyini bildirir.
Qeyd edək ki, Mamikonun 3 oğlu, 3 qızı var. O, kənddə oğullarından birinin ailəsi ilə yaşayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3846