Sibel Can: “Azərbaycan qızıyam”
Bakıda konsert verən Türkiyənin super ulduzu Sibel Can “ATV” telekanalına eksklüziv açıqlama verib.
Publika.az xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran müğənni özünü Azərbaycan qızı adlandırıb.
“Çox sevdiyim yerdəyəm. Azərbaycandayam. Bakını çox sevirəm. Mən buranın qızı kimiyəm. İllərdir ki, bütün mahnılarımı hər kəs əzbər bilir. Hər kəsin evində şəklim var. Ailədən biri kimiyəm. Burada olmaqdan çox xoşbəxtəm. Azərbaycan musiqinin ürəyinin döyündüyü yerdir”.
Müğənninin azərbaycanlı pərəstişkarları ilə görüşü də izdihamla müşayiət olunub. Səhnəyə çıxan müğənni ən hit mahnılarını ifa edib. Konsertin sonuna yaxın onunla şəkil çəkdirmək istəyənlər, müğənniyə hədiyyə verənlər də olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=38490