Sabunçuda fəhlənin faciəli ölümü necə gizlədilib?

01.02.2014 - 14:55

Bir müddət öncə Sabunçuda icra başçısı Adil
Vəliyevin oğlu Ənvər Vəliyvevin şirkətinin həyata keçirdiyi tikintidə
dəhşətli hadisə baş verib
Təqribən bir ay əvvəl “Stansiya Razin” adlandırılan ərazidə tikilən yeni
binada işləyən fəhlə 9-cu mərtəbədən yıxılaraq ölüb. Lakin Sabunçu
rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölüm faktını gizlətməyə
nail ola bilib.
Təqribən bir ay əvvəl Sabunçu rayonu, Bakıxanıov qəsəbəsində inşa olunan
10 mərtəbəli binadan cavan fəhlə yıxılaraq ölüb. Bildirilir ki,
fəhlənin ailəsi Gədəbəydə yaşayır. Tikintini idarə edən Zöhrab Quliyev
adlı şəxsin Sabunçu rayon İcra Hakimiyyətinin başçsı Adil Vəliyevin
qohumu olduğu və bu üzdən də icra başçısının ölüm hadisəsinin
araşdırılmasının qarşısını alıb və faktı hüquq-mühafizə orqanlarından
gizli saxlanılmasına nail ola bilib. Həmçinin bildirilir ki, icra
başçısı həyatını itirən fəhləninin ailəsini şikayətçi olmamağa razı sala
bilib.
Məlumatda qeyd olunur ki, hadisə baş verən tikinti icra başçısı Adil
Vəliyevin oğlu Ənvər Vəliyevə məxsus olub. Tikintiyə nəzarəti isə
Vəliyevlərə qohum olan Zxhrab Quliyev həyata keçirib. Bildirilir ki,
ölüm hadisəsi tikintidə təhlükəsizlik qaydalarına riayaət olunmaması
səbəbi ilə baş verib. Məlumatda o da qeyd olunur ki, ölüm hadisəsinin
baş verməsinə baxmayaraq hadisədən sonra tikintidə heç bir təhlükəsizlik
tədbiri görülməyib.
Zöhrab Quliyevə gəlincə isə, mənbə bildirir ki, icra başçısı Adil
Vəliyevin qohumu olan bu şəxs Sabunçuda bir çox tikinti və abadlıq
işlərinə nəzarəti həyata keçirdiyi bildirilir.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3850

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930