Ağcabədi icra hakimiyyətindən müəmmalı təkzib
Ağcabədi rayonundabaş verənlər, bu rayondan daxil olan məlumatlarla bağlı cumhuriyyet.az olaraq mütəmadi yazılar dərc etmişik. Son olaraq saytımızda yer alan “Şahin Məmmədovun Ağcabədi macəraları” başlıqlı və digər yazılarla bağlı Ağcabədi rayon icra hakimiyyətinin hüquq şöbəsi adından elektron poçtumuza məktub daxil olub. KİV haqqında qanuna uyğun şəkildə qarşı tərəfin öz mövqeyini ifadə hüququnu tanıyaraq həmin məktubu olduğu kimi dərc edirik. Ancaq onu bildirək ki, yazının ifadə tərzindəki təhqiramiz məqamlar, leksik, orfoqrafiq səhvlərə görə oxuculurımız bizi qınamasınlar. Bir daha xatırladırıq ki məktubu olduğu kimi dərc edirik və bu mətni böyük bir rayonun, böyük bir icra hakimiyyətinin HÜQUQ ŞÖBƏSİ hazırlayıb.
“Təkzib
Cumhuriyyət.az Saytına
Sizin, 10 noyabr 2015-ci il tarixdə “Şahin Məmmədovun Ağcabədi macəraları” başlıqlı yazınıza cavab olaraq bildiririk ki, yazılanlar bütövlükdə şər və böhtandır.Bildiririk ki, Cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyyələri respublikanın hər yerində olduğu kimi Ağcabədi rayonundada uğurla həyata keçrilir və rayon bütün sahələr üzrə müvəffəqiyyətlə inkişaf edir.
Məlumat üçün bildiririk ki, sizin , 14 aprel 2014cü il, 22 aprel 2014-cü il, 2 iyul 2014-cü il , 26 avqust 2014-cü il, 24 sentyabr 2014-cü il, 23 oktyabr 2014-cü il, 22 dekabr 2014 –cü il, 02 mart 2015-ci il, 13 aprel 2015-ci il, 02 iyun 2015-ci il, 08 iyun 2015-ci il , 11 iyun 2015-ci il, 22 iyun 2015-ci il ,29 iyun 2015-ci il, 30 iyun 2015-ci il, 24 sentyabr 2015-ci il, 28 sentyabr 2015-ci il, 29 sentaybr 2015-ci il, 09 oktyabr 2015-ci il, 12 oktyabr 2015-ci il,16 oktyabr 2015-ci il və 10 noyabr 2015-ci il tarixlərdə , eləcədə burada qeyd edilməyən onlarca digər yazılarınız şər və böhtan xarakterlidir.Sizin bu böhtan ,qərəz və şər yığınından ibarət yazılarınızla kimə və nəyə xidmət etdiyiniz bizə aydın deyil.Lakin biz onuda bilirik ki,vicdanı,ləyaqəti və şərəfi olan insan şər və böhtan yazıları nəyin ki ,yazmaz və hətda yazdırmaz.
Yazınızda qeyd etdiyiniz Şənlik kənd məktəbində qanunsuz sinif kompleksi yaradılması şər və böntandır. Beləki, E.Məmmədov adına Şənlik kənd tam orta məktəbində 1-Ümumi təhsil müəssisələri nömrəli formasında şagirdlərin sayı siniflər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 yanvar tarixli ,9 nömrəli qərarına və Azərbaycan Respublikası Təhsil Nazirinin 01.03.2012-ci il tarixli 309 nömrəli əmrinə uyğun olaraq açılmış və fəaliyyət göstərmişdir,sinif komplektlərinin açılmasında heç bir qanunsuzluğa yol verilməmişdir.Ağcabədi rayon Sosial Müdafiə mərkəzində vaxtilə işləyən Pərviz Əhmədovun güyaki müdirlə əlbir olub hər hansı qanun pozuntsuna yol verməsi şər və böhtandır,çünki Pərviz Əhmədov 15 yanvar 2014-cü il tarixdən 30 sentyabr 2015- ci il tarixə kimi Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi mərkəzində Bina xidməti üzrə fəhlə işləyib və öz xahişi ilə 01 oktyabr 2015-ci ildə işdən azad olunmuşdur.Ağcabədi şəhər məktəblərini Rövşən Əhmədovun qardaşları təmir edir yazınız şər və böhtandır çünki son illərdə tikilən, təmir edilən məktəblərdə işləri əsasən “Xumar-98 MMC” tikinti təşkilatı, “Məxmər -77 MMC” tikinti təşkilatı və “Elnur inşaat “tikinti təşkilatları aparmışdır ki, bu tikinti təşkilatlarının rəhbərlərinin Rövşən Əhmədovla heç bir qohumluq əlaqəsi yoxdur. Rövşən Əhmədovun Ağcabədidə yüzlərlə obyekti var yazınız şər və böhtandır.İcra Başçısı Şahin Məmmədovun Almaniyanın Münhen, Türkiyənin Beşiktaş, İstanbul,Antaliya,Dubayda, Gürcüstanın Batumi və sadaladığınız sair şəhərlərdə villalarının olması şər və böhtandır.Ağcabədi Suvarma Sistemləri idarəsində Şahin Məmmədovun 50-yə yaxın qohumlarının adına əmək haqqı yazılır yazınız şər və böhtandır,Şahin Məmmədovun bəzi yazılarınızda əmisi qızı,bəzilərində isə xalası qızı kimi təqdim etdiyiniz Sevda Şirinova Fövqəlada Hallar Nazirliyində kadrlar idarəsinin rəsidir yazınız şər və böhtandır,çünki Şahin Məmmədovun Sevda Şirinova adlı qohumu yoxdur.Şahin Məmmədovun oğlu və qudası, yəni oğlunun qaynatası Nəqliyyat Nazirliyində mühüm vəzifədə çalışırlar,onların Bərdə şəhərində yerləşən bazarda böyük ticarət obyetləri var yazınız şər və böhtandır, çünki Şahin Məmmədovun oğlunun qaynatası Nəqliyyat Nazirliyində işləmir və mühüm vəzifə tutmur.Şahin Məmmədov dövlət fondunun 300 hektar torpağını qanunsuz olaraq əmisi oğluna verib yazınız şər və böhtandır.Eləcədə digər cümlələrinizində hər birisi ayrı ayrılıqda şər ,böhtan və qərəz yığınıdır.Bildirmək istəyirik ki, sizin qeyd etdilən tarixlərdə bizim haqqımızda yazdığınız şər və böhtan dolu yazılarınızın hər birisinin elektron variantı və çap variantı bizim əlimizdə var və bu günədək səbr nümayiş etdirib dözürük. Biz öz hüququmuzu qanunla qorumağı bacarırıq və istəmirik ki, hansısa mətbuata qarşı qanuni addımlar ataq.Odur ki ,sizə tövsiyyə edirik ki, təkzibimizə öz təkzibinizidə əlavə edərək saytınızda verəsiniz və bundan sonra bu cür qərəzli, şər və böhtan dolu yazılara son qoyasız.Əks halda bu şər və böhtan yazılarınızla bağlı məhkəmə orqanlarına müraciət edəcəyik.
Ağcabədi Rayon İcra Hakimiyyəti Hüquq Şöbəsi”
Short URL: http://www.cumhuriyyet.net/?p=38504