Qarabağda qorxulu virus yayıldı
Bununla bağlı, işğal olunmuş Azərbaycan torpaqlarında əksər müəssisələr, o cümlədən məktəblər bağlanıb
ərazisində kəskin reseptorlu virus infeksiyası yayılmağa başlayıb.
Sürətlə yayılan xəstəlik artıq epidemiya halı ala bilər. Belə ki,
yanvarın ilk 24 günü ərzində Dağlıq Qarabağda 1178 yoluxma halı qeydə
alınmışdısa, son 5 gün ərzində xəstələrin sayı daha 913 nəfər artmışdı.
Epidemiya halını alan virus infeksiyasının qarşısını almaq üçün
Xankəndində, Laçında, Ağdərədəki əksər müəssisələr, o cümlədən məktəblər
qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Qondarma qurumda
sanitar-epidemioloji tədbirlər həyata keçirilir.
Xatırladaq ki, buna qədər 2013-cü il martın 1-də keyfiyyətsiz ərzaq
məhsullarının qəbulu ilə bağlı Dağlıq Qarabağda kəskin virus infeksiyası
yayılmışdı. Nəticədə, Qarabağdakı məktəbəqədər və məktəb yaşlı
uşaqların 20%-i bu xəstəliyə yoluxmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=3852