Hakimiyyət Əli İnsanovun onu ifşa etməsindən qorxdu

01.02.2014 - 15:04

Aslan İsmayılov: “Əli Insanovun şüşə qəfəsə salınması, onun sonrakı etiraflarına əngəl olmaq cəhdidir”

 

Ötən gün Bakı Apelyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi
ilə həbsdə olan sabiq səhiyyə naziri Əli Insanovun Ədliyyə naziri Fikrət
Məmmədov və Penitensiar Xidmət rəhbərliyinə qarşı iddası üzrə Nəsimi
Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.

Hakim prosesi açıq elan edərək bildirib ki, məhkəmədə Penitensiar
Xidmətin nümayəndəsi iştirak etsə də, Ədliyyə Nazirliyindən heç kim
yoxdur. Qeyd edək ki, ötən məhkəmə iclasında da nazirliyin nümayəndəsi
məhkəməyə gəlməmişdi.    Bu dəfə də hakimlər cavabdehin iştirakı olmadan
iclasın davam etdirilməsinə qərar verib. 

Daha sonra münasibət bildirməsi üçün söz Əli Insanova verilib. Ancaq
keçən məhkəmədən fərqli olaraq bu dəfə Əli Insanov şəffaf şüşədən olan
kabinədə yerləşdirilib və məhkəmə zalı ilə əlaqəsi yalnız mikrofon
vasitəsilə olub. Ancaq mikrofon kənardan idarə edildiyi üçün Əli
Insanovun fikirləri əksər vaxt zalda eşidilməyib. Hətta fasilədə
vəkillər onunla məsləhətləşmək üçün vərəqə yazaraq şüşə arxasından ona
göstərmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Əli Insanov ötən məhkəmə iclasında dəmir qəfəsdə
saxlanılırdı. O, həm məhkəmə zamanı, həm də fasilədə hakimiyyəti,
konkret Ilham Əliyevi tənqid edən çıxışlar edir, jurnalistlərə
açıqlamalar verirdi. Görünür, hakimiyyət Əli Insanovun ifşalarından
narahat olduğu üçün, onu səsini bu üsulla kəsməyə qərar verib. 

Tanınmış vəkil Aslan Ismayılov baş verənləri hakimiyyətin
etiraflardan qorxamsı kimi qiymətləndirdi: “Mən Əli Insanovu kifayət
qədər yaxşı tanıyıram. Hələ Əli Insanov vəzifədə olarkən qanun
pozuntularına yol verildiyi üçün, dəfələrlə onun haqqında tənqidi
fikirlər səsləndirmişəm. Əli Insanov həbs olunduqdan sonra isə
Respublika prokurorluğunun rəhbərliyi çalışırdı ki, onun əleyhinə məndən
ifadə alsınlar. Ancaq mən ifadə verməkdən imtina etmişəm. Baş
prokurorun birinci müavini Rüstəm Usubov isə məni şahid kimi cinayət
məsuliyyətinə cəlb etməklə təhdid edib. Sonrakı mərhələdə Əli Insanovun
ictimai-siyasi məsələlərə münasibəti, həbsdə olarkən kişi kimi etiraflar
etməsi, başqalarından fəqli olraq hakimiyyətə yaltaqlanmaması şəxsən
mənim rəğbətimə səbəb oldu. Bu gün Əli Insanovun qəfəs altına salınması,
şüşə ilə mühasirəyə alınması buna qədər olan etirafların bundan sonra
da olmasının qarşısını almaq məqsədi güdür. Əli Insanov YAP-ın
yaradıcılarından biri olub. Ancaq həbsdə olduğu müddətdə müxalifətə
qarşı əsassız ittihamlara görə üzr istəyib, hakimiyyətdən imdad
diləməyib. Hesab edirəm ki, səhvini etiraf edən kişi hörmətə layiqdir.
Bu gün Əli Insanov ölkədəki biabırçılığı ifşa etdiyinə görə hakimiyyətin
qəzəbinə gəlib və bugünkü kişiliyinə görə ona təşəkkür edirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031