Azad Rəhimov 14 milyonluq layihəni batırdı

01.02.2014 - 15:07

Şirvanda 1 ay öncə istifadəyə verilmiş Olimpiya Kompleksi yararsız vəziyyətə düşüb

 

Şirvan şəhərində cəmi 1 ay öncə istifadəyə verilmiş Olimpiya İdman
Kompleksində çatlar yaranıb, tavandan su damır, obyektin bəzi bölmələri
istifadəyə yararsız vəziyyətə düşüb. Bu barədə “Yeni Müsavat”a
Şirvandakı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, kompleksin daxilində tikilən üzgüçülük hovuzu
ilə o biri bölmələri ayıran divar tavana qədər tikilmədiyi üçün su
havaya buxarlanaraq bütün binanı nəmləndirir.

Kompleksin çöl tərəfində su damcılarının yerə düşməməsi üçün vannalar
düzülüb. Bundan əlavə, kompleksin daxilində yerə vurulan laminat
fanerlərinin üzərinə yağan su artıq çürümə yaratmağa başlayıb.
Kompleksin avadanlıqları da rütubətdən, nəmişlikdən sıradan çıxıb. Məşq
etmək üçün nəzərdə tutulan 2 qurğu artıq rütubətdən, nəmişlikdən sıradan
çıxıb. 80 min nəfərdən çox əhalisi olan Şirvan şəhəri üçün idman
qurğuları olduqca az nəzərdə tutulub.

Mənbə deyir ki, 1 ay öncə prezident İlham Əliyevin iştirakı ilə
kompleksin rəsmi açılışı olub: “Mərasimdən öncə kompleksə çoxsaylı idman
qurğuları gətirilib. Ancaq mərasimdən dərhal sonra idman və gənclər
naziri Azad Rəhimovun göstərişi ilə qurğular geri qaytarılıb. Belə çıxır
ki, qurğular yalnız prezidentə göstərilmək üçün gətirilibmiş.

Mənbə onu da bildirir ki, Şirvanda idmana maraq böyükdür və
kompleksin indiki durumu sakinlərin narazılığına səbəb olub. Onlar
kompleksin təmiri və idman qurğuları ilə təchiz edilməsi ilə bağlı
Gənclər və İdman Nazirliyinə müraciət ediblər.

Şirvan Olimpiya Kompleksi dövlət investisiyası hesabına inşa edilib.
Sifarişçi Gənclər və İdman Nazirliyidir. Tikinti 4 il davam edib və
üstə-üstə 14,2 milyon manat pul xərclənib. Nazirlər Kabinetinin qərarı
ilə, tikintiyə 2010-cu ildə 700 min manat, 2011-ci ildə 1 milyon 864 min
manat, 2012-ci ildə 5 milyon manat və nəhayət, 2013-cü ildə 6 milyon
600 min manat vəsait ayrılıb.

Mənbənin məlumatına görə, kompleksin sifarişçisi Gənclər və İdman
Nazirliyi olsa da, tikinti işinə Şirvan şəhər İcra Hakimiyyətinin
başçısı Mərdan Camalov da müdaxilə edirmiş. Nazirlə icra başçısının “iş
birliyi” korrupsiya risklərini artırıb və indiki situasiyanın
yaranmasına gətirib çıxarıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3858

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031