Bakının böyük hissəsində qaz kəsildi
Bakıya yağan qar özü ilə bərabər qaz problemi gətirib. Fevralın 1-i
səhər saatlarından paytaxtın “8-ci kilometr”, Keşlə və Bakıxanov
qəsəbələrində qaz kəsilib. Bu barədə musavat.com-a hər iki qəsəbədə
yaşayan sakinlər məlumat verib.
Məlumata görə, evlərdən qazlar kəsilib və səbəbi bilinmir. Bakıxanov
qəsəbəsi Yaşar Əliyev küçəsinin sakinləri evlərdə donur. Sakinlər
deyirlər ki, qazın kəsilməsi hava şəraiti ilə əlaqədardır.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a
verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar 01 fevral 2014-cü
il tarixində saat 10:00-dan Nərimanov və Nizami rayonlarının, Binəqədi,
Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz
verilişində fasilələr yaranacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3859