Şəmsəddin Haciyevin 10 milyonluq maxinasiyası ifşa olundu

01.02.2014 - 15:13

Rektor-deputatın 10 milyonlarla maxinasiyaları ifşa olundu

Müəllimlər İqtisad Universitetindəki “rüşvət xəritəsi”ni açdılar və ölkə
rəhbərliyinə müraciət etdilər; “Şəmsəddin Haciyev 10 ildir ki, tələbələrin
qanını sorur, millətə qarşı genosid siyasəti yürüdür!”
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət qiymətlərinin
qaldırılması haqda redaksiyamıza məktub daxil olub. Məktub müəllifləri (adları
məktubda var) iddia edirlər ki, qiymətləri artıran rektor, millət vəkili
Şəmsəddin Hacıyevin “Tarif Şurası”dır.Məktubda deyilir: “Azərbaycanda təhsil
islahatları sahəsində böyük problemlər və qüsurlar hələ də qalmaqdadır. Çünki
millətin gələcəyi olan təhsil sahəsində rəhbərlik edən şəxslər yalnız öz
mənafelərini və ciblərini düşünürlər. Şəmsəddin Hacıyev İqtisad Universitetini
artıq özününküləşdirib. Kadrlar əsasən öz qohumları, yerliləri və arvadının
qohumlarıdır. Prorektor Damet Baqirov …. rüşvətin atası kimi tanınır
universitetdə. Universitetin “Tarif Şurası”nın sədri hesab edilir. Kurs
imtahanları, “perevod”lar, ixtisas dəyişmə, “A” qrupları, qiyabi şöbədən onun
vasitəsilə pullar yığılır. Şəmsəddin Hacıyev elə bir mexanizm qurub ki, pullar,
dekanlar və onların müavinləri vasitəsilə yığılır. Sonda isə hamısı hesabat
əsasında rektora çatır. Heç kəs bir nəfər tələbəyə kömək edə bilməz. Kurs
imtahanları əyani şöbədə testlə aparılır. Hər semestr üçün 5 min manat vermək
lazım gəlir. Qrupda təhsil alan 25 tələbədən 15-i pul verir. Belə ki, hər
qrupdan 75 min manat pul alınır. Universitet üzrə 1200 qrupdan pul yığılır. Bu
da orta hesabla semestrdə 8 milyondan çox pul edir. İllik isə əyani şöbədən
təkcə test imtahanlarından orta hesabla 16 milyon pul yığılır. Dövlət
imtahanlarından 3 milyon pul yığılır. Qiyabilər üçün imtahanlara buraxılmayan
tələbələrin hər birindən 2-3 min manat pul alınır; əks halda, onları
universitetdən qovulurlar. Qovulanları sonradan 5 min manat pul alaraq bərpa
edirlər. Orta hesabla hər semestrə qayıblardan 1 milyon manat pul yığılır.
İxtisas dəyişmə adı ilə tələbələrin dərisini soyurlar. Məsələn, tələbə Ümumi
İqtisadiyyat fakültəsinə qəbul olunur. Dekan deyir ki, sən 500 manat verməsən
səni pis ixtisasa göndərəcəm. Tələbələrin hamısını bu yolla soyurlar. Maliyyə,
Beynəlxalq iqtisadi münasibətlər ixtisaslarına ən çox tələbələr qəbul edilir.
Hər birindən 500 manat alınır ki, onların ixtisası təsdiq edilsin. Bu
ixtisaslar Şəmsəddin Hacıyevin gündəlik nəzarətindədir”. Məktub
müəllifləri qiyabi şöbənin tələbələri üçün bütün imtahanların “yazılı”
aparıldığını qeyd edirlər: “Heç bir tələbə özü qiymət ala bilməz. Bütün il boyu
Şəmsəddin Hacıyevin dekan müavinləri, onların katibələri hər bir tələbədən 1-2
min manat pul yığırlar. Müəllimələrə yalnız “vedomostlar”a qol çəkdirilir.
Onlar bir qul kimi Ş.Hacıyevin cinayətində gözü yumulu iştirak edirlər.
İşlərini itirməmək üçün bu yola gedirlər. Baxırlar ki, nəhəng insanları
Şəmsəddin Hacıyev işdən azad edir. Universitetdəki rüşvətxorluğa, saxtakarlığa
qarşı mübarizə aparan professor Bədirxan Musayev kimi nəhəng alim işdən
qovulub. Yuxarı təşkilatlar isə bu məsələni araşdırmır. Bu işlər isə
müəllimlərin gözünü qorxudur. Dekanlardan Müzəffər Məmmədov, Niyazi müəllim,
Həsən İsrafilov, Tofıq Hasilov, Nuru müəllim, Qabil Manafov, Xankişi müəllim,
Kamil Qafarov (dekanların atası) xüsusilə fərqlənirlər. Valideynlər pul
verməkdən yorulublar. Ş.Haciyev 10 ildir ki, tələbələrin qanını sorur. Millətə
qarşı genosid siyasəti yürüdür. Valideynlər mal qarasını, əmlakını satıb
Ş.Haciyevə, uşaqlarının oxuması naminə pul verirlər. Bunu isə heç kəs “görmür”.
Dekanlar deyirlər ki, biz bu pulları Şəmsəddin Hacıyevə veririk, o isə pulları
fonda verir. Bu proses nə qədər davam edəcək? Bu cür özbaşınalığa nə zaman son
qoyulacaq?Vaxtı ilə Hacı Əbdülə yemək daşıyan, Mütəllibova skripka çalan
(akademik Cəlal Əliyevin sözü), Heydər Əliyev siyasətinə nifrət edən bir insan
10 ildir ki, bu universiteti nasos kimi sorur. Şəmsəddin Haciyevin
universitetdə geniş… (Məktubun bu qismi şəxsi və intim həyatla bağlı olduğu
üçün ixtisar edilir-red.) Dərbənd filialından Ş. Hacıyev ildə 20 milyon pul
götürür. Ş.Hacıyev bu pullarla özünə şirkətlər açıb, marketlər yaradıb. Maşın
satış salonları fəaliyyət göstərir. Geniş biznes şəbəkəsinə malikdir. Onun
“Turan” şirkəti vasitəsilə universitetdə aparılan tikinti işlərinə dair pullar
ora köçürülüb. Oradan həmin pulları Ş.Haciyev mənimsəyib. 2012-ci ildə həmin
şirkətə 27 milyon universitet vəsaiti dəyişdirilərək, mənimsənib. Bu şirkətlər
şəbəkəsi, onun qızı Çeşminin, onun yoldaşının, yaxın qohumlarının
adınadır”. Məktub müəllifləri yazır ki, universitetdə aparılmış Maliyyə
Nazirliyinin yoxlaması vasitəsilə külli miqdarda yeyinti aşkar edilib: “Belə
ki, Ş.Hacıyevin baldızı qızı baş mühasib idi. Külli miqdarda rüşvət verərək işi
bağladı və baldızı qızını başqa işə keçirdi. Bu universitet quldur yuvasına
çevrilib. Ş.Haciyev deyir ki, mən bu pulları yuxarılara verirəm, mənə heç kim
toxuna bilməz, mənim yerim bərkdir. Deyir ki, təzə nazir mənim yetirməmdir.
Respublika təhsilini mən idarə edirəm. Bu işlərə isə yuxarı təşkilatlar heç bir
reaksiya vermir”. Sonda məktub müəllifləri ölkə başçısına müraciət edirlər:
“Biz əməkdaşlar möhtərəm prezidentimizdən bu işlərin araşdırmasını, ciddi ölçü
götürülməsini xahiş edirik.Sizdən xahiş edirik, böyük bir kollektivi olan
universitetin əməkdaşlarının xahişini nəzərə alasınız”.
P.S. Məsələ ilə bağlı Şəmsəddin Hacıyevi və adları çəkilən digər şəxsləri də
dinləməyə, mövqeyini dərc etməyə hazırıq

Short URL: http://www.cumhuriyyet.net/?p=3861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930