Əliyev müstəqil QHT-lərin kitabını bağladı
“Qanuna sərt
dəyişikliklər bir müddət sonra problemlər yaradacaq”
“Dəyişikliklər daha
çox müstəqil QHT-lər üçün nəzarəti sərtləşdirir”
“Bizdə narahatlılıq doğuran məsələlər sərt müddəalarla bağlı
idi. Xarici QHT-lərlə bağlı normaların sərtləşdirilməsini kənara qoyuram. Əsas
məsələ qeydə alınmamış qrant müqavilələri üzrə əməliyyatların aparılmasına yol
verilməsinin sərtləşdirilməsidir. QHT-lərin yüksək məbləğdə inzibati cəriməyə
məruz qalması və bu əməliyyatlar aparıldığı halda bankın inzibati cərimə
olunmasıdır”.
Bu sözləri “Hüquq və Inkişaf” Ictimai Birliyinin rəhbəri
Hafiz Həsənov azadliq.infoyaölkə başçısı РЁlham Əliyevin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” qanuna dəyişikliyi imzalamasına münasibət bildirərkən deyib.
O hesab edir ki, qanuna edilən dəyişikliklər qeydiyyatdan keçməyən təşkilatlara
ciddi problemlər yaradacaq: “Əgər təşkilat qeydiyyata alınmayıbsa, QHT-nin
rəhbərinin adına müqavilələrin bağlanması mümkünsüz olacaq. Bu dəyişikliklər
qeydə alınmayan xarici QHT-lərin fəaliyyətini də, ümumiyyətlə, qadağan edir”.
“Iki dəfə xəbərdarlıqdan və ya göstərişdən sonra QHT-nin
fəaliyyətinə birbaşa xitam verilməsi müddəası əvvəlki kimi qalır. QHT
qanunvericiliyinin pozulmasına görə sərt inzibati cərimə sanksiyaları nəzərdə
tutulur. Bu da fantastik dərəcədə çoxdur. Qeyri-kommersiya qurumu kimi heç
yerdən gəliri olmayan QHT-ləri bu qədər inzibati cərimələrlə yükləmək nə
hüquqa, nə də məntiqə uyğun gəlir. Bizi narahat edən məsələlər çox idi. Biz
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev,
deputat Əli Hüseynov və Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq
vəziyyəti idarəsinin rəisi Rahim Rəhimovun da iştirakı ilə görüş keçirdik,
müzakirələr apardıq. Narahatlığımızı ifadə etdik. Onlar da bildirdilər ki, bu,
yerli QHT-lər üçün problemlər yaratmayacaq”,- deyə Hafiz Həsənov bildirdi. Onun
sözlərinə görə, qanuna edilən dəyişikliklər bir müddətdən sonra öz təsirini
göstərəcək: “Açıq-aydın göstərir ki, bu sərt dəyişikliklər bir müddət sonra
problemlər yaradacaq. Bu ümumlikdə daha çox müstəqil QHT-lər üçün nəzarəti
sərtləşdirir”.
Qeyd edək ki, bir müddət öncə müstəqil QHT-lər Prezident
Administrasiyası önündə aksiya keçirmişdilər. Onlar qanuna ediləcək mürtəce
dəyişiklikləri pisləyirdilər. Bildirirdilər ki, dəyişikliklər qəbul olunarsa,
müstəqil QHT-lərin fəaliyyəti məhdudlaşacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3863