Dünya Bankından Azərbaycana korrupsuya ittuhamı
“Azərbaycanlılar
bütün regionda ictimai xidmətlərdən ən az razı olan xalq hesab edilir”
Dünya Bankının “Şaxəli İnkişaf: Avrasiyada Təbii
Ehtiyatlardan Səmərəli İstifadə” adlı yeni hesabatında bildirilir ki, neft
Azərbaycan üçün çox faydalı olub.
Ölkənin adambaşına düşən ümumi milli gəliri 2002-ci ildəki
720 dollardan 2011-ci ildə 5290 dollara çatıb və beləliklə, Azərbaycan orta
gəlirli ölkəyə çevrilib. Hesabatda deyilir ki, bununla yanaşı yoxsulluq 2002-ci ildəki 47
faizdən 2012-ci ildə 6 faizə enib. Bu da qeyd olunur ki,
Azərbaycanda dövlət borcu 2002-ci ildə 23 faiz idisə, 2012-ci ildə 12 faiz
olub. Hesabata görə, Azərbaycan indi üç əsas kredit reytinqi agentliyi
tərəfindən investisiya dərəcəli ölkə sayılır. Bununla belə, Dünya Bankının yeni
hesabatında Azərbaycanla bağlı ciddi narahatlıqların qaldığı vurğulanır.
Ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər
istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir. Dövlət
xərcləri neft gəlirlərinin hesabına ödənir ki, bu da ölkəni tamamilə neftin
qiymətlərindən asılı vəziyyətə salır.
Hesabatda bildirilir
ki, Azərbaycanda işsizlik 2002-ci ildəki 10 faizdən 2012-ci ildə 5,2 faizə ensə
də, bu, ümumilikdə işçi qüvvəsinin azalması hesabına baş verib. Dünya Bankı
bildirir ki, Azərbaycan yüksək gəlirli ölkə statusunu qazanmaq üçün
sabitsizliyi azaltmalı, yeni iş yerləri yaratmalı və məhsuldarlığı
artırmalıdır. Qeyd olunur ki, Azərbaycanın fiziki kapital ehtiyatı aşağıdır və
bu, çox güman, şəxsi sektorun büdcəyə az töhfə verməsindən doğur.
Azərbaycanda xidmət
sahələri üçün kadrların hazırlanması səviyyəsi çox aşağıdır və ölkə tələbələri
beynəlxalq standartlara cavab vermirlər. Hesabatda deyilir ki, Azərbaycanda
ÜDM-in yalnız 1 faizi səhiyyə sisteminə xərclənir, bu isə Avropa və Mərkəzi
Asiyada ən pis göstəricidir.
“Azərbaycanlılar
bütün regionda ictimai xidmətlərdən ən az razı olan xalq hesab edilir” –
deyilir sənəddə.
Bu da qeyd edilir ki,
ölkədə tüğyan edən korrupsiya biznesin inkişafına əngəl törətməkdə davam
edir.(Azadliq radiosu)
Short URL: http://www.cumhuriyyet.net/?p=3865