Topazda müdhiş fırıldaq
“Polis əməkdaşları pul udan vətəndaşı oyun
alqı-satqısında ittiham ediblər”
Azərbaycanda
futbol qumarı “Topaz”ın himayəsinə keçəndən bəri bu şirkətlə bağlı söz-söhbət
səngimək bilmir. “Topaz”ın qumar bazarını monopoliyaya aldıqdan sonra bukmeker
həvəskarlarına seçim imkanı verməməsi mətbuatda dəfələrlə qabardılıb. Ancaq
“Topaz” monopolist düşüncə tərzini aradan qaldırmaq əvəzinə, proqnozsevərlərin
hüquqlarını daha çox pozmağa meyl edir.
Artıq
Azərbaycanda futbol qumarı eyforiyası yavaş-yavaş səngiyir. Proqnozsevərlər
“Topaz”ın onları soyub-taladığını anladıqca, şirkətin məntəqələrinin qapılarını
açmırlar. İndi insanlar ya “qara bazar”a üz tuturlar, ya da internet
vasitəsiylə xarici bukmeker kontorları ilə əməkdaşlıq edirlər. Publika.az xəbər
veriri ki, “Topaz”ın daha bir fırıldağı ilə bağlı mətbuatda məlumat yayılıb.
“Komanda”
qəzetində “Topaz”ın müdhiş fırıldağı ilə bağlı dərc olunmuş yazını olduğu kimi
təqdim edirik: “Bu yaxınlarda Sumqayıt şəhərində proqnozsevər kiçik məbləğlə
“Topaz”da 157 min manat uduş qazanıb. Ancaq həmin şəxs pul udmağın sevincini
çox yaşaya bilməyib. Məlumatda bildirilir ki, vətəndaşı polis əməkdaşları
sorğu-suala tutublar. Ondan tələb ediblər ki, proqnoz verdiyi oyunların
nəticələrini hardan bildiyini açıqlasın. Polis əməkdaşları pul udan vətəndaşı
oyun alqı-satqısında ittiham ediblər. Psixoloji təzyiqlərə məruz qalan vətəndaş
sonda uduşdan imtina etdiyini bildirib.
Məlumat
verən mənbə bildirir ki, əslində, həmin polis əməkdaşları bu qanunsuzluğu
“Topaz” məntəqələriylə birgə həyata keçirirlər.
“Topaz”ın
məntəqə sahibləri böyük məbləğdə uduş əldə edən şəxsin kimliyini və ünvanını
onlara “işləyən” polis əməkdaşlarına ötürürlər. Qanunsuz əməllə məşğul olan
polis əməkdaşları da həmin şəxsi söhbətə çağırırlar. Beləcə, ona psixoloji
təzyiqlər edilir. Nəticədə vətəndaş uduşdan imtina edir. Təbii ki, “Topaz” belə
əməliyyatlardan sonra polislərə də görüm-baxım edir.
Sumqayıtda baş vermiş bu olayla bağlı artıq
bütün şəhərdə məlumatlıdılar. “Komanda” qəzeti həmin şəxsin aşkarlanması üçün
müəyyən cəhdlər etdi. Ancaq pulu əlindən alınan həmin adam danışmaq istəmədi.
Görünür, həmin şəxs hələ də psixoloji basqının təsiri altındadı. Bütün
hallarda, məsələni gündəmdə saxlayacağıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3866