Türkiyədəki həbs dalğası Talıbovu “vurur”

04.02.2014 - 13:58

Ankara Naxçıvanda
xüsusi araşdırma aparır; PKK məsələsi də gündəmdədir

Naxçıvanın Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd
Seyidovun həbsindən 2 aya yaxın vaxt ötür. Bu günə qədər  M. Seyidovun həbsi ilə bağlı 2 rəsmi məlumat
yayılıb – Dövlət Gömrük Komitəsi (DGK) məsələni araşdırdığını, Naxçıvan Muxtar
Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi isə M.Seyidovun məzuniyyətdə
olduğu müddətdə həbs edildiyini açıqlayıb.  Sanki Türkiyənin Qars vilayətində tutulan Azərbaycanın
rəsmi dövlət qurumunun deyil,  hansısa
bir özəl şirkətin rəhbəridir.

Hər iki rəsmi məlumat M.Seyidovun ötən ilin dekabrın 17-də
İstanbul-Qars təyyarə reysilə ailəsi ilə birlikdə Azərbaycana gələrkən (Qarsdan
Naxçıvana maşınla getməklə) Qars hava limanında polis tərəfindən saxlanılandan
1 gün sonra yayılmışdı. Bundan sonra isə Azərbaycanının Dövlət Gömrük Komitəsi
başda olmaqla, müvafiq dövlət qurumları – Azərbaycan Baş Prokurorluğu, Azərbaycan
Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti susqunluq nümayiş etdirirlər. Bu
susqunluq bu gün də davam etməkdədir. Lakin mövzuya dair məlumat təzələnməsi və
yorumlar bir neçə dəfə davam edib. Azərbaycan tərəfinin də əl altından öz məmurunu
həbsdən çıxartmaq təşəbbüsləri göstərməsi məlumdur. Lakin görünən budur ki,
buna nail olmaq imkanlar xaricindədir.

Sədərək Gömrük Keçid Məntəqəsi Azərbaycanla Türkiyə arasında yeganə
birbaşa kommunikasiya yoludur. Bizdə olan məlumata görə Türkiyə istintaqı bu
gün həmin məntəqədən keçən qaçaqmalçılıq məsələlərini araşdırır. Türkiyə Milli
İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Bakıya gələndə Azərbaycanda PKK-ya
yaxın iqtisadi strukturlar, şirkətlər vasitəsilə terror təşkilatına yardımlar
edilməsi məsələsini də qaldırmışdı. Bundan başqa bir neçə ay əvvəl Türkiyə
hakimiyyətinə yaxın mətbuatda Naxçıvan və İran üzərindən PKK-ya müxtəlif dinləyici
qurğular keçirilməsi haqda yazı dərc olunmuşdu. Həmin qurğular vasitəsilə PKK
Türkiyə hərbi qüvvələrinin hərəkətini izləyib və 16-17 nəfər türk hərbçisini
pusquya salıb qətlə yetirib. Bizdə olan məlumata görə, hazırda bu məlumatların
dəqiqləşdirilməsi, araşdırılması gedir. Bu işlərə Azərbaycanda kimlərin
bağlılığının olması, kimlərin tapşırığı ilə həyata keçirilməsi aydınlaşdırılır.

Hazırkı PKK rəhbərliyinin Azərbaycana qanunsuz gəlib-getməsi də
araşdırma epizodlarından biridir. PKK rəhbəri Murad Qarayılanın Azərbaycana məxfi,
başqa ad və kimliklə gediş-gəlişi olub. Bu haqda dəqiq məlumatlar var. Murad
Qarayılanın Azərbaycana kimlərin dəvəti, kimlərin himayəsi ilə sərbəst gəliş-gedişi
araşdırlır. Ehtimal olunur ki, Murad Qarayılan Azərbaycana Sədərək Gömrük-Keçid
Məntəqəsindən keçməklə gəlib. Mirməhəmməd Seyidovun Türkiyədə həbsi təsadüfi
deyil. Baxmayaraq ki, Azərbaycanın gömrük orqanları ondan məsafə saxlamağa cəhd
edirlər və onun həbs edilərkən məzuniyyətdə olmasını fikrini irəli sürürlər.
Amma bu uğursuz cəhddi və absurddur. Azərbaycanın böyük bir gömrük idarəsinin rəisi
həbs edilib və ona qarşı çox ağır ittihamlar irəli sürülüb. Amma Azərbaycanın
dövlət orqanları özlərini elə aparır ki, sanki Mirməhəmməd Seyidov fərdi fəaliyyətlə
məşğul olub və həbs edilib. Əgər bu adam Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi
olmasaydı, bu gün ittiham edildiyi cinayətlərdə heç bir halda iştirak edə bilməzdi.
Bu adam həmin cinayətlərdə ona görə iştirak edə bilib ki, elə bir yüksək vəzifəni
tutub. Bu məsələdə məsuliyyət təkcə Mirməhəmməd Seyidovun üzərində deyil, Azərbaycanın
dövlət və hakimiyyət orqanlarının üzərinə düşür! Niyə bu fəaliyyət zamanında
yoxlanılmayıb? Mirməhəmməd Seyidovun fəaliyyətinə kim göz yumub? Ona kim himayədarlıq
edib?

Baş verən son olaylarla bağlı “Yeni Cumhuriyyət”ə daxil olan məlumata
görə yaxın günlərdə Türkiyə təhlükəsizlik qüvvələrinin Naxçıvanda geniş
miqyaslı əməliyyat keçirəcək. Məlumatı qəzetimizə verən mənbə bildirir ki,
Naxçıvanda bir neçə yüksək vəzifəli dövlət məmurları, o cümlədən Vergi, Gömrük
və Səhiyyə sisteminə daxil olan vəzifəli şəxslər iki ildən artıqdır ki, xüsusi
nəzarət altındadırlar. Eyni zamanda, Sədərək Gömrüyünün Türkiyədə həbs edilmiş
rəisi M. Seyidovun da bu məlumatları öz ifadələri əsasında zəınginləşdirdiyi
bildirilir. Məlumatı verən mənbə iddia edir ki, Rza Zərrabın əleyhinə məlumat və
faktların toplanması məhz, bu əməliyyat zəminində başlanılmış, daha sonra
Türkiyə mənşəli əlaqələri üzərinə nəzarət tətbiq edilmişdir. Naxçıvanda
keçirilməsi nəzərdə tutulan əməliyyatda Azərbaycan təhlükəsizlik orqanlarının
iştirakı ilə bağlı heç bir xüsusi məlumat öyrənmək mümkün olmadı.

Orxan

Short URL: http://www.cumhuriyyet.net/?p=3868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930