Mirşahinin qardaşı oğlu oğurluğa görə həbs olundu

04.02.2014 - 21:47

 Atası məmur olan Tural Ağayev cinayətkar dəstənin üzvü imiş

Atası məmur olan Tural Ağayev cinayətkar dəstənin üzvü imiş 
Səlyan rayonundan maraqlı bir informasiya daxil oldu oldu. İnformasiya nə qədər maraqlı olsada, bir o qədər dəhşətlidir. Belə ki, Səlyan rayon polis idarəsi oğurluqda təqsirli bilinən cinayətkar dəstəni zərərləşdirib. Maraqlısı odur ki, dəstə başçısı ANS-in vitsa prezidenti Mirşahin Ağayevin qardaşı oğludur. Məlumat əldə edildikdən sonra dərhal araşdırmalara üstünlük verdik. Aldığımız son məlumata görə Mirşahının qardaşı oğlu Səlyan rayonunda cinayət başında yaxalanmışdır. Rayondan qaynağımızın verdiyi ən son məlumatlarda göstərilir ki, artıq cinayətkar dəstənin qalan üzüvlərinin tutulması istiqamətində əməliyyatlar davam edir. 
Bununla bağlı dosye.az-ın verdiyi məlumata görə Səlyan rayonunda həbs edilən şəxs ANS-in vitse prezidenti Mirşahin Ağayevin qardaşı oğlu Ağayev Tural Mirəddin oğludur. Cinayətkar dəstənin tutulmasında polislərin əməyi olduqca yüksək qiymətləndirilməlidir. Rayondan verilən məlumata görə dəstənin 12 üzvü hal -hazırda həbsdədir. Onların arasında 2 qadınında olduğu bildirilir. İstintaqin gedişatını nəzərə alıb bəzi detallar məxfi olaraq saxlanılır. Başqa bir məlumatda bildirilir ki, həbs edilən Tural Ağayevin atası, Mirəddin Ağayev Səlyan rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru vəzifəsində çalışıb. İşində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Araşdirmalar davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3869

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930