Şok: Bako Saakyan azərbaycanlıdır

11.11.2015 - 14:40

bokoErmənistanın işğal altında saxladığı Dağlıq Qarabağın “prezidenti” Bako Saakyan haqqında ilginc məlumat yayılıb.

Axar.az xəbər verir ki, ermənilərin sosial şəbəkələrdə yaydığı məlumata əsasən, Bako Saakyanın əsl adı Bahadurdur.

Bu fakt İrəvandan olan jurnalistlərdən birinin orta məktəb qiymətləri ilə maraqlanması zamanı ortaya çıxıb. Məlum olub ki, Saakyanın 1966-1977-ci illərdə təhsil aldığı Xankəndi 1 nömrəli orta məktəbin 1976-1978-ci illər məzunları arasında adı yoxdur. Üzə çıxan ad isə tamamilə başqa olub: Bahadur Saak oğlu Saakyan olub.

Məlumata görə, Saakyanın orta məktəbdəki ləqəbi “Bako” olub. Məhz illər sonra adını dəyişərək ləqəbini özünə ad kimi götürən Saakyanın tərcümeyi-halında anasının adı da gizli saxlanılır. Hər iki fakt ana xəttinin azərbaycanlı olması ehtimalını gücləndirir.

Saakyan 1990-cı il hadisələri zamanı ordu sıralarına qayıdaraq Dağlıq Qarabağın işğalında iştirak edib. Müxtəlif vaxtlarda qondarma rejimin daxili işlər və təhlükəsizlik “naziri” olub. 2007-ci ildən isə separatçı qurumun rəhbəridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=38729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930