Pərviz Həşimliyə qarşı yeni ittiham irəli sürüldü

04.02.2014 - 18:38

Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı yeni məzmunda ittiham elan olunub. Bu barədə APA-ya məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, bu gün P. Həşimli ilə görüşüb.
E. Sadıqov istintaq orqanı tərəfindən P. Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə yeni ittiham irəli sürüldüyünü deyib.
O, P. Həşimlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşmaq üzrə olduğunu da deyib.
Xatırladaq ki, P.Həşimli buna qədər CM-in 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddəsilə ittiham olunurdu. Ona qarşı digər ittiham isə CM-in 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülüb.

***

Vəkili Fariz Namazlı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.
Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərviz Həşimliyə qarşı irəli sürülmüş cinayət işinin istintaqı yekunlaşıb. “Cinayət işini aparan müstəntiq Pərvizə bildirib ki, cinayət işinin istintaqı artıq yekunlaşıb və yaxın günlərdə onu istintaq materialları ilə tanış edəcəklər. Bundan sonra isə iş məhkəməyə göndəriləcək” – deyən vəkil əlavə etdi ki, həmin gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də Pərviz Həşimli ilə görüşüblər: “Pərviz bildirdi ki, həbs olunması, saxlanma şəraiti və digər məsələlrlə bağlı məlumat verib və BQXK-nın xanım nümayəndəsi eşitdiklərindən dəhşətə gələrək göz yaşlarını saxlaya bilməyib” 
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=3878

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930