Fevralın 8-dək şaxta olacaq

04.02.2014 - 18:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeron yarımadasında gözlənilən temperatur rejimi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, son günlər Bakı və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.
Fevralın 8-dək gecə saatlarında Bakı və Abşeron yarımadasında şaxtalı hava şəraiti davam edəcək. Fevralın 5-6-da havanın minimal temperaturu gecə 3-6, bəzi yerlərdə 9 dərəcəyədək şaxta, fevralın 7-8-də 1-5 dərəcə şaxta olacağı gözlənilir.
Fevralın 5-də havanın maksimal temperaturu gündüz 0-3 dərəcə isti, fevralın 6-da 0 dərəcəyə yaxın, fevralın 7-də 1-4 dərəcə isti, fevralın 8-də isə 4-7 dərəcə isti olacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3881

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930