Hakimiyyətin Cəmil Həsənli etirafı
Milli Şura sədrini bu gün hədəf seçənlər 3 il əvvəl onun haqqında nə yazırdılar?
Analoqsuz ölkəmizdə “Yeni Azərbaycan”, “Səs” kimi qəzetlərlə yanaşı “Xalq” adlı qəzet də var. Bu qəzetlər hakimiyyətin tribunasıdır. Ancaq, statistika göstərir ki, bu tribunadan gələn səslərə qulaq asan yoxdur.
Bu gün müxalifəti, Milli Şuranı, Cəmil Həsənlini hədəf alan “Xalq” qəzetinin 3 il bundan əvvəl Cəmil Həsənli haqqında yazdıqlarından xəbəriniz varmı?
“Xalq” qəzetinin 25.04.2010- cu il tarixli nömrəsində “Azərbaycanlı alim Fransadakı erməni lobbisinin tanınmış nümayəndəsinə layiqli cavab verdi” başlıqlı yazı dərc edilib. Yazını qələmə alan isə “AzərTac”ın xüsusi müxbiridir.
Məqalədə Milli Şuranın sədri Cəmil Həsənlinin Parisdə erməni lobbisini necə məğlub etməsindən danışılır. Belə ki, Cəmil Həsənli erməni lobbisinin tanınmış nümayəndəsi Kler Muradyanın dəvəti ilə Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Avropa Dünyası Araşdırmalar Mərkəzində “1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xarici siyasəti” mövzusunda mühazirə oxuyub.
Məqalədə yazılır: “Qafqaz regionu ilə bağlı araşdırmalar aparan tələbə və tədqiqatçıların iştirak etdiyi tədbirdə azərbaycanlı alim ölkəmizin tarixinin formalaşması prosesindən, Türkmənçay və Gülüstan müqavilələrindən sonra keçdiyi yoldan, 1918-ci ildə Şərqdə ilk demokratik dövlətin yaradılmasından və həyata keçirdiyi islahatlardan söhbət açmış, həmin dövrdəki geosiyasəti açıqlamış, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi mart qırğınına toxunmuş, təkcə Bakıda 12 min nəfərin qətlə yetirildiyini diqqətə çatdırmışdır. Azərbaycan Demokratik Respublikasının demokratik quruluşlu bir dövlət olduğunu xatırladan C.Həsənli bütün millətlərin parlamentdə təmsil olunduğunu qeyd etmiş, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, onun Fransada əhəmiyyətli işlərindən söhbət açmış, həmin dövrdə çap olunmuş Azərbaycan xəritəsini iştirakçılara paylamışdır…
Short URL: http://www.cumhuriyyet.net/?p=3883