İlyas İsmayılov deputatlardan narazıdır

04.02.2014 - 20:41

Deputat bəzi həmkarlarının mandatdan məhrum edilməsini istəyir

Deputat bəzi həmkarlarının mandatdan məhrum edilməsini istəyir

 
 
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov fevralın 4-də parlamentin sədri Oqtay Əsədova məktub yazaraq bəzi həmkarlarının mandatdan məhrum edilməsi üçün addım atmasını istəyib. Partiyanın mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, deputat qeyd edib ki, konstitusiyanın 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin deputat seçilməsini yasaqlayır: “Bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar. Bunlar universitet rektorları, səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.
Qanun pozuntularının aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdim. Konstitusiya Məhkəməsi Palatasının 10 yanvar 2014-cü il qərardadı ilə mənə bildirildi ki, bu müraciətə baxmaq mexanizmi yoxdur, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ başqa subyektlərlə yanaşı Milli Məclisə aiddir.
Sizdən xahiş edirəm ki, deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasına müraciət edəsiniz, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarasınız”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930