Paris, Nyu-York və London dünya xəritəsindən silinəcək

04.02.2014 - 22:25

Paris, Nyu-York və London dünya xəritəsindən silinəcək

Dünyanın sonu ilə bağlı “Sirlərin Adamı”ndan
şok açıqlamalar

Paris, Nyu-York və London dünya xəritəsindən silinəcək

Dünyanın sonu ilə bağlı “Sirlərin Adamı”ndan
şok açıqlamalar


 

18 mart
1877-ci ildə Kentuckyada dünyaya göz açan, 3 yanvar 1945-ci ildə Virginia
Beachdə həyata gözlərini yuman Edqar Kayse, metafizik kainatın məlumatları və
kəhanətləri ilə bəşəriyyəti məlumatlandırmışdır. Onu “Sirlərin Adamı”
və yaxud da “Yatan Kahin” adlandırırdılar. Ondakı psixi güc çox kiçik
yaşlarda ikən ortaya çıxmışdı. Altı yaşındaykən ailəsinə daha əvvəl ölmüş olan
qohumları ilə ünsiyyət qurula biləcəyini söyləmişdi. Onun qəribəliklərinə,
hətta orta məktəbdə oxuyarkən sinif yoldaşları da şahid olmuşdu.

Yalnız və yalnız insanlara xidmət

Məktəb
kitablarının üstünə başını qoyaraq yatan Edqar Kayse, oyandığında kitabda
yazılanları əzbərdən bilirdi. Sonralar onun bu qabiliyyəti gedərək yadlaşdı. O
ailəsindəki maddi problemlərdən dolayı işləmək məcburiyyətində olduğundan, on
üç yaşındaykən orta təhsilini yarımçıq qoydu. İyirmi bir yaşında bir kağız
zavodunda işləməyə başladı. Bir müddət sonra qırtlaq iflici keçirərək səsini itirdi.
Həkimlər Edqar Kaysenin səsini özünə qaytara bilmədilər. Belə olan halda Edqar
Kayse hipnoza müraciət etməli oldu. Bununla da Edqar Kaysenin həyatında yeni
bir dönəm başladı. Transa keçdikdən sonra qırtlağındakı problemi aradan
qaldırmaq üçün lazımlı dərmanların adını qırıq-qırıq səslərlə öz-özünə ifadə
etdi. Beləliklə, şüuraltı məlumatları öz üzərində tətbiq edərək köhnə səsinə
qovuşdu. Ancaq artıq Edqar Kayse, əvvəlki Edqar Kayse ola bilməzdi. O anlamışdı
ki, yalnız və yalnız insanlara fayda verəcək işlər görməlidir. Hopkinsville və
Bovlinq Greendən bir qrup həkim Kaysenin bu bənzərsiz qabiliyyətindən çox
yararlandılar. Onun inanılmaz qabiliyyətini yüksək qiymətləndirdilər. Beləcə,
Kaysenin müalicə metodları tez bir zamanda məhşurlaşdı. O trans halında ikən
bir sıra xəstəliklərin müalicəsi üçün lazımlı dərmanların harada ola biləcəyini
və dərmanların necə əldə ediləcəyini dəqiqliklə söyləyirdi. Onun görüşünə
axışıb gələn yüzlərlə insan, heç bir zaman ümidsiz geri qayıtmırdılar.

Müharibələr, sülh, işsizlik, irqi
qarşıdurmalar, ictimai çalxantılar və sairə…

Kayse
keçmişin və gələcəyin qapılarını açmağı bacaran, hər ikisindən də rahatlıqla
girib-çıxa bilən bir insan idi. 1939-ci ildən sonra iki prezidentin səlahiyyət
müddəti sona çatmadan öləcəklərini söyləyərək, Ruzveltlə, Kennedini nəzərdə
tutmuşdu. 1929-cu ildəki böyük iqtisadi böhranın 1933-cü ildə bitəcəyini,
1920-ci illərdə Amerikada irqçilik qarşıdurmalarının yaşanacağını bir neçə il
əvvəldən xəbər vermişdi. Kahinlər, kəhanətlərinin hansı tarixdə reallaşacağını,
ümumiyyətlə, açıqlamazlar. Ancaq Kayse vaxtı və tarixi dəqiq göstərərək bir
çoxlarını özünə heyran qoymuşdu. İkinci Dünya müharibəsinin və Vyetnam
müharibəsinin dəqiq tarixini açıqlamışdı. Elm dünyasının hələ xəbəri yoxkən,
Lazer şüasının tapılacağını söyləmişdi. Dəniz dibində eramızdan əvvələ aid
qalıqların tapılacağını bəyan etmiş və bu da reallaşmışdı.

Yer üzünün görüntüsünü dəyişdirəcək səbəblərlə
bağlı kəhanətləri

Kayse,
irəlidəki illərdə böyük təbii fəlakətlər yaşanacağını, zəlzələlərin və dəniz
qabarmalarının yer üzünün topoqrafiyasını dəyişdirəcəyini bildirmiş və bütün
bunların 1958, 1998-ci illər arasında baş verəcəyini demişdir.  28 mart 1964-ci ildəki Alyaska zəlzələsi, 8.4
bal şiddəti ilə 1908-ci il San Francisko zəlzələsindən də güclü oldu. Geoloqlar
Kaysenin söylədiyi kimi, Kaliforniyanın hər an yer üzündən silinmə
təhlükəsinin  olduğunu bildirirlər. St.
Andreas çatlağının 1980-ci ildə Pasadena ətraflarında 23 santimetrə qədər qərbə
doğru meyl etdiyi müəyyən olunmuşdur. Bir çox elm adamının da araşdırmalarına
görə, 1989-cu ildə baş vermiş San Francisko zəlzələsi böyük faciənin
xəbərçisidir. 1970-ci ilin iyununda Peruda meydana gələn zəlzələ, yer üzünün
topoqrafiyasının dəyişilməsində böyük rol oynadı. Kayseyə görə Karolina və Georgianın
cənub bölgələri sular altında qalacaq. O, Avropanın cənubunun bir göz
qırpımında məhv olacağını bildirib. 1979-cu ildə İndoneziyanın Yapen adasında
meydana gələn 8 bal gücündə bir zəlzələdən sonra, elə həmin gün, Etna
(Siciliya) vulkanında partlayış baş verdi və həmin partlayış dağa dırmaşmaqda
olan bir çox turistin ölümünə səbəb oldu. Bu təbiət hadisələri ilə birbaşa
bağlı olan, ABŞ-ın Vaşinqton əyalətindəki St. Helens yanardağı da 1980-ci ilin
mayın 18-də uzun bir zamandan sonra iki dəfə püskürərək 400 metrlik zirvəsini
darmadağın etdi.

Qütblərin yer dəyişdirməsi

Kayse
deyirdi: “Şimal bölgələrində, Antarktidada qabarmalar və zəlzələlər, yer
kürəsinin isti bölgələrində vulkanik partlayışlara səbəb olacaq. Qütblər yer
dəyişdirəcək. Belə ki, soyuq və ya yarı tropik ölkələr daha tropik olacaqlar və
o yerlərdən nəhəng ferns və yosunlar çıxacaq. Dəyişmələr meydana gəldiyində,
Atlantik okeanda və Pasifikdə yeni torpaqlar əmələ gələcək, bir çox ölkələrin
sahilləri isə okeanın dibinə batacaq”. Dünyadakı bütün ölkələr arasında
zəlzələlərdən ən az zərəri İrlandiyanın görəcəyini söyləmiş, “Əgər
İngiltərədə min sarsıntı olacaqsa, İrlandiyada 43 dəfə olacaq” deyə əlavə
etmişdir. Bu dəyişmələr əsnasında Yaponiyanın böyük bir hissəsinin dənizin
dibinə batacağını 1934-ci ildəki bir kəhanətində söyləmişdi. Nobikhiko Obara
adlı bir yapon geoloqu, yapon adalarının hər il 2-3 santimetrə qədər sular
altında qaldığını təyin edib. Kayse Rusiyada kommunist rejimin sona çatacağını
da görmüşdü.

Paris, Nyu-York və London dünya xəritəsindən
silinəcək 

Kayseyə
görə dünya xalqları III Dünya müharibəsinin baş verməsinə mane olsalar belə,
Paris, London və Nyu-Yorkun dünya xəritəsindən silinməsinin qarşısını ala
bilməyəcəklər.   Kayse, yer üzü
insanlarının özlərinin törətdikləri fəsadlar üzündən məhv olacağını açıq-aşkar
bildirib. Yeraltında nüvə sınaqlarını davam etdirən ölkələrin səlahiyyətliləri
bu kəhanətləri ciddiyə almırlar. Onlar Edqar Kayse kəhanətlərini azacıq da olsa
düşünsəydilər; özlərinin üstündə oturduqları budağı baltalamazdılar.(1937.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3889

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930