Fazil Məmmədov imperiyası
Vergilər Naziri dövlət içində biznes və siyasət
imperiyası qurub
Vergilər
Nazirliyinə ölkənin güc strukturlarından biri də demək olar. Vergi yığımları
üzrə ölkədə həyata keçirilən əsas siyasəti məhz Vergilər nazirliyi həyata
keçirir. Ən qədim dövlət peşələrindən biri olan vergiyığma Azərbaycanda hələ də
böyük korrupsiya faktının dövr etdiyi bir məkan sayılır.
Dövlətin xəzinəsi məhz vergi yığımları hesabına formalaşır. Amma Azərbaycanda
vergi yığımını bir nazirlik deyil, bir neçə dövlət strukturu həyata keçirir. Məsələn
Dövlət Gömrük Komitəsi idxal və ixracat üzrə vergi yığır. Vergilər Nazirliyi bu
yığımların uçotunu aparsa da, əsasən daxili bazarda birbaşa olaraq vergi
yığımlarına nəzarət edir. Azərbaycanda vergilərin yığılması, kassa
aparatlarının tətbiqi, həmçinin də digər vergi fəaliyyətləri ilə bağlı vəziyyətin
nə qədər acınacaqlı olduğu barədə kifayət qədər danışmaq olar. Vergi ödəyiciləri
ilə bağlı işin təşkili elektronlaşdırılsa da, əsas iş elektronlaşdırılmayıb.
Daha doğrusu vergi hesabatları ilə bağlı olaraq aparılan dövldət siyasətində elə
də bürokratik əngəllər olmasa da, hər halda bu məsələ ilə bağlı olaraq bir sıra
məqamlar ortaya çıxır. Məsələn istənilən vergi müfəttişi öz fəhmi ilə vergi
dövriyyəsini təyin edib, ödəyicini vergidənyayınma faktı ilə cəriməələyə bilir.
Ölkədə sahibkarların da daha çox əziyyət çəkdiyi məqam elə budur. Məhz vergi
yığımları üzrə müfəttişlərin fəaliyyəti.
Oliqarxlaşan nazir
Azərbaycanda
indi çoxlarının adını bilmədiyi bir oliqarx məmur uzun illər əvvəl vergilər
naziri təyin olunub. Fazil Məmmədov təyinatının ilk günlərində müsbət
xarakterizə edilsə də, sonradan onun çox sürətlə oliqarxa çevrildiyi məsələsi
ortaya çıxdı. Artıq Fazil Məmmədov biznesini belə ölkədən kənarda genişləndirməyə
başlayıb.
Fazil Məmmədovun yaxın çevrəsinə aid olan şəxslərin Almaniyada biznes
qurduqları barədə informasiyalar bir müddət əvvəl yerli mediada tirajlanmışdı.
Yayılan məlumatlarda qeyd olunurdu ki, F.Məmmədovun yaxınları Almaniyanın iki şəhərində
fabrik yaradıblar. Həmin fabrikləri yaxın qohumlarından birinin idarə etdiyi
qeyd olunurdu.
Xəbərdə o da bildirilir ki, Fazil Məmmədovun həmin fabriklərə şəxsən baş çəkmək
imkanı olub. Belə ki, nazir müalicə üçün Almaniyaya gedən zaman fabriklərə baş
çəkib.
Maraqlıdır ki, Fazil Məmmədov bir sıra MDB dövlətlərində də özünə iri ticarət
obyektləri aldığı söylənilir. Hər halda Bakıdakı ayrı-ayrı obyektlərini
sadalamasaq, vergilər nazirinin artıq böyük bir biznes imperiyasına sahibləndiyi
göz önündədir.
Şəmkir və Gədəbəyin qubernatoru
Şəmkir
rayonun icra başçısı Nazim Veyisov Fazil Məmmədovun yaxın qohumudur. Və təkcə Şəmkir
rayonu deyil, eyni zamanda Gədəbəy rayonunda da Fazil Məmmədovun saysız obyektləri
var. Aldığımız məlumatlara görə, F.Məmmədov həm yerli sakinlərin, həm də ətraf
rayonlarda yaşayan, üstəlik, ölkənin digər regionlarından da gələn insanların
istirahət mərkəzi kimi istifadə etdikləri əraziləri zəbt edib. Bu sırada Şəmkir
və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq
bir ərazinin (meşə massivinin) mənimsənilməsi daha çox narazılıqlara səbəb
olub. “Yastı meşəsi” adlanan istirahət zonasında tikilən imarət və ətrafındakı
fazenda guya prezidentin iqamətgahı kimi qələmə verilir; amma əslində ora F.Məmmədovun
saysız-hesabsız obyektlərindən birinə çevrilib. İllər uzunu həmin ərazidən ilin
yaz və yay fəsillərində vətəndaşlar istirahət məqsədi ilə istifadə ediblər.
Xırda talalarla zəngin olan əsasən meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu
bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub
piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür
talaları, bulaqların hamısını zəbt edib. Özü də bu əməlini prezidentin adı ilə
bağlayıb! İddia edir ki, guya bu ərazilərdə prezident İlham Əliyev üçün istirahət
mərkəzi salınıb. Halbuki ölkə başçısının nə vaxtsa gedib orada istirahət etməsi
ilə bağlı hər hansı fakt mövcud deyil. Həmin ərazilərə giriş “xüsusi icazə” ilə
verilir. “Xüsusi icazə” isə bir çox hallarda pulla alınır.
Qeyd edək ki, Gədəbəy rayonunda da vergilər nazirinin bu zəbtetmələrindən
narazılıqlar var. Bu günlərdə rayonda olan əməkdaşımıza sakinlər bildiriblər
ki, Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun
kurasiyasındadır. Gədəbəylilərin sözlərinə görə, “kurator”un iradəsindən kənar
fəaliyyət göstərən obyektlər mütləq vergi yoxlamalarına məruz qalır və yüksək məbləğdə
“cərimə”lər ödəməli olurlar. Üstəlik, arxasında Fazil Məmmədovun dayandığını
açıq-aydın elan edən rayon icra başçısı Kamran Rzayev sahibkarlara problemlər
yaradır. Yeri gəlmişkən, icra başçısı da vergilər nazirinin kadrı hesab olunur.
K.Rzazadə YAP-ın Gədəbəy təşkilatının sədri olarkən rayonun icra başçısı Nazim
Veyisov Şəmkirə aparılıb. Həmin vaxtlar da K.Rzazadənin icra başçılığına namizədliyi
məhz F.Məmmədov tərəfindən irəli sürülüb. Elə bu qarşılıqlı əməkdaşlığın nəticəsidir
ki, rayonda haqsızlıqlar baş alıb gedir. Redaksiyaya bu cütlüyün rayondakı əməlləri
ilə bağlı verilən məlumatlardan biri də odur ki, Gədəbəy stadionunu özəlləşdirmə
adı ilə 3 otaqlı mənzil qiymətinə vergilər naziri alıb. Bəzi məlumatlara görə,
stadion nazirə (onun adamlarına-T.C) cəmi 100 min manata satılıb.
F.Məmmədovun Gədəbəy qızıl zavodunda da şərikliyi olduğu bildirilir. Rayonda
Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzini də vergilər nazirinin əvvəlki
sahiblərindən aldığı gələn xəbərlər arasındadır: “Gədəbəydə “Eldorada”
hotelini nazirin qardaşının qudası işlədir. Nazir özü həmin otelə bir neçə milyon manat maya
qoyaraq super təmir etdirib”.
Ən sonda mənbəmiz şokyaradıcı bir fikir də səsləndirdi. Bildirdi ki, F.Məmmədov
nə az, nə çox 15 milyard manatlıq kapitalla ölkənin ən varlı məmurlarının ilk
beşliyində yer tutur.
Azərbaycanda audit böhranı
Üç ildir hökumət icbari müstəqil auditdən yayınan kommersiya təşkilatlarının
aşkarlanması mexanizminin tətbiqi məsələsində qərara gələ bilmir. Eyni zamanda,
auditorlara müraciət səviyyəsi azalır. 2011-ci ilin fevralında parlament bu tip
inzibati qanunpozmalarda vəzifəli şəxslərə (300-600 manat) və hüquqi şəxslərə
(1500-2500 manat) cəza tədbiri müəyyən edib, dövlət başçısı isə həmin ilin
aprelində Nazirlər Kabinetinə tapşırıb ki, 2 aya bu cəriməni tətbiq edəcək
orqanı göstərsin. Amma Nazirlər Kabineti mürgüləyir.
Bu məsələnin həlli üzrə təklifi Auditorlar Palatası bir neçə dəfə hazırlayaraq
hökumətə təklif edib. AP-da hesab edirlər ki, müstəqil auditdən yayınmaya görə
inzibati məsuliyyəti Auditorlar Palatasının təqdimatı üzrə şəhər (rayon) məhkəmələri
müəyyən etməlidir. Vergilər Nazirliyi AP ilə birgə hər ilin sonu üçün müstəqil
audit keçirilməli təşkilatların siyahısını hazırlamalı, növbəti mərhələdə Palata
auditdən yayınan kommersiya təşkilatlarını aşkarlamalıdır.
Hökumətin ləngliyi olunla nəticələnib ki, ölkədə müstəqil auditdən keçmə səviyyəsi
azalıb. 2013-ci ildə müstəqil auditorlara 34 65 subyekt müraciət edib. Bu,
2012-cu ildəkindən 1,8% azdır, deyə AP-da açıqlama verirlər.
Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli в„–97 “Kommersiya təşkilatlarının
illik maliyyə hesabatları və birləşdirilmiş maliyyə hesabatlarının təqdim edilməsi
və dərc olunması haqqında” qərarına əsasən, illik maliyyə hesabatları təsisçilərin
təsdiqi üçün 30 aprelə kimi təqdim edilməlidir. Konsolidə edilmiş maliyyə
hesabatı hazırlayan təşkilatlar onları 30 iyuna kimi təsdiq etməlidir. Bu təşkilatlar
illik maliyyə hesabatlarını audit rəyi ilə birgə mətbuatda dərc etdirməlidirlər.
Heç kim cərimə etmədiyi üçün şirkətlər qorxmadan müstəqil audit və maliyyə
hesabatının dərc edilməsindən yayınırlar. Maraqlıdır ki, konsolidə edilmiş
maliyyə hesabatı hazırlamayan bir çox təşkilatlar səhmdarların (təsisçilərin)
ümumi yığıncağını ikinci, üçüncü, bəzən isə dördüncü rübdə keçirirlər.
Qanunvericilik isə maliyyə hesabatlarının təsdiqi müddətini dəqiq göstərib – 30
aprel. Bir qayda olaraq, qiymətli kağız emitentlərinin fəaliyyətinə nəzarət edən
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və illik maliyyə hesabatının icra və dərc
edilməsinə nəzarət edən Maliyyə Nazirliyi bunları “görmür”.
Xatırladaq ki, bank və sığorta şirkətləri, səhmdar cəmiyyətləri, MMC-lər,
holdinqlər, maliyyə-sənaye qrupları, təbii inhisar subyektləri, fondlar, QHT-lər,
bələdiyyələr və s. təşkilatlar müstəqil auditdən keçməlidir. Müstəqil auditdən
keçməkdən yayınma ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr 13 aprel
2011-ci ildə qüvvəyə minib. Amma bu tələbi pozan heç bir subyekt məsuliyyətə cəlb
edilməyib.
Burada müəmmalı və maraqlı olan məqam odur ki, sahibkarlar və digər vergi ödəyicisi
olan subyektlər Vergilər Nazirliyinin əməkdaşlarının hansı şəkildə audit
aparacaqlarını bilirlər. Məhz bu səbəbdən də həmçinin də müstəqil auditə müraciət
etməmələri üzündən ağır cəza almayacaqlarını bilirlər. Yuxarıda sadalanan
qanunların və qaydaların hələ də hazırlanmamasının da əsas səbəbi elə budur.
Binəqədi “işğal”ı və paytaxt meriyası
Daxil olan məlumta
görə, Fazil Məmmədov imkanlarının genişləndiyini görərək hakimiyyət içində qrup
halında tərəf olmağa çalışır. Hakimiyyət daxilində yeni qruplaşma yaratmağa
çalışan vergilər naziri Fazil Məmmədov, komandasından olan Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Xaləddin İbrahimovu mer təyin
etdirmək istəyir .
Məlumatlı mənbənin sözlərinə görə, Xaləddin İbrahimov məhz Binəqədi Rayon İcra
hakimi təyin edilməsi, ona xüsusi tapşırıqların verilməsi və bu rayonun onun
Bakı meri təyin olunması üçün tranpler rolunu oynayacağı bildirilir. Mənbənin
sözlərinə görə, Xaləddin İbrahimov Binəqədi də yeni quruculuq işlərinə başlayıb
ki, bu da Bakı meri təyin olunduğu zaman onun haqqında müsbət imic
formalaşdırsın.
Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun yaxın qohumu
(bacısının həyat yoldaşı) Xaləddin İbrahimovun Bakı meri təyin olunması ilə
bağlı hakimiyyətdəki ən güclü qrupların birinin içərisindədir.Qeyd edək ki, bu
günə qədər F. Məmmədov başqa bir qrupun tərkibində olub. Lakin indi qrupunu dəyişərək,
başqa qrupda fəaliyyət göstərir Qeyd edək ki, Xaləddin İbrahimov Vergilər
Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb. F.Məmmədovun yeznəsi
olan bu şəxs spiker Oqtay Əsədovun qudası Alı Qocayevin yerinə təyinat alıb. Hər
halda bu fakt da göstərir ki, Fazil Məmmədov ciddi şəkildə özü üçün qruplaşma
formalaşdırmağa başlayıb.
Bu arada onu da
bildirək ki, Bakı meri Hacıbala Abutalıbovun işindən azad ediləcəyi barədə xəbərlər
yayılmaqda davam edir. Bəzi mətbuat orqanları H. Abutalıbovun yerinə bir sıra şəxslərin
adlarını hallandırırlar ki, bu sıra da prezidentin iqtisadi məsələlər üzrə
müşaviri Əli Əsədovun, eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılovun və hazırda prezident aparatında çalışan Zeynal Nağdəliyevin
adları hallansa da, daxil olan məlumta görə, bu sıraya yeni bir ad daha əlavə
olub. Bu da son günlər hakimiyyət daxilində yeni qruplaşma yaradan Vergilər
naziri Fazil Məmmədovun komandasından olan Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsinə təyin olunan Xaləddin İbrahimovdur.
Məlumatlı mənbənin
sözlərinə görə, Xaləddin İbrahimov məhz Binəqədi Rayon İcra hakimi təyin edilməsi,
ona xüsusi tapşırıqların verilməsi və bu rayonun onun Bakı meri təyin olunması
üçün tranpler rolunu oynayacağı bildirilir. Mənbənin sözlərinə görə, Xaləddin
İbrahimov Binəqədi də yeni quruculuq işlərinə başlayıb ki, bu da Bakı meri təyin
olunduğu zaman onun haqqında müsbət imic formalaşdırsın. Başqa bir mənbədən əldə
etdiyimiz məlumata görə, Fazil Məmmədovun yaxın qohumu (bacısının həyat
yoldaşı) Xaləddin İbrahimovun Bakı meri təyin olunması ilə bağlı hakimiyyətdəki
ən güclü qrupların birinin içərisindədir. Qeyd edək ki, bu günə qədər F. Məmmədov
başqa bir qrupun tərkibində olub. Lakin indi qrupunu dəyişərək, başqa qrupda fəaliyyət
göstərir.
Elçin Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=3890