BMT-də Azərbaycan rəsmilərinə işgəncə ilə bağlı 90 sual: Cavab hazırlanır

12.11.2015 - 14:39

bmtNoyabrın 11-12-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində keçirilən iclasda Azərbaycan nümayəndə heyətinə 90 sual verilib.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatından Turan-a bildirilib ki, iclas iştirakçılarının və Komitənin 10 üzvünün sualları məhbuslarla, ilk növbədə tanınmış hüquq müdafiəçiləri ilə qeyri-insani rəftara aid olub.

Azərbaycanın müxtəlif qurumlarını təmsil edən nümayəndə heyəti bu gün üç saat ərzində qarşıya qoyulan suallara cavab verməlidir. Bundan sonra dəqiqləşdirici suallar olacaq.

Bir neçə həftədən sonra Komitə “Yekun müşahidələr” adlı sənəd dərc edəcək. Sənəddə qurumu narahat edən məsələlər və tövsiyələr əksini tapacaq

Short URL: http://www.cumhuriyyet.net/?p=38902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728