Qazaxda inzibati ərazi nümayəndələrinin hesabat xəstəliyi

04.02.2014 - 23:01

Rövşən
Nəbiyevin gurultusu qar altında qaldı

Qanuna əsasən 6 aydan bir
deputatlar da seçiciləri qarşısında hesabat verməlidirlər. Verib verməməyi
arasında heç bir fərq olmadığından elə vermmələri daha yaxşıdır. Bir ölkədə ki,
qanun çox, əməl edən yoxdursa o, ölkədən “başın sağ olsun”. Biçarə qazaxlıların
deputat sarıdan bəxti gətirmməyi bütün respublikaya məlumdur. Bu gün qazxlılar
əlində çıraq deputatını axtarırlar ki, görsünlər Əhməd haradadır? Mövzumuzun
canı isə başqa məsələdir. Bir neçə həftədir Qazaxda inzibati ərazi  nümayəndələrinin hesabatı başlayıb. Axı
papağımızı qabağımıza qoyub düşünək, onlar nədən hesabat verəcəklər, nədən
danışacaqlar və nə iş görürlər ki, hesabat verməyə məcbur olunurlar? Hesasbat
zamanı özünü doğrultmayan inzibati ərazi nümayəndəsinin hansını
dəyişdiriblər?  

Yanvarın son günü də Qazax
Şəhərinin  İnzibati Ərazi İdarəsi Üzrə
Nümayəndəsi Rövşən Nəbiyevin hesabatı oldu. Qazax Rayon İcra Hakimiyyətinin akt
zalında icra başçısı Ayaz Əsgərovun iştirakı ilə keçirilən hesabat postsovet
dönəmində olduğu kimi “kafi” qiymətləndirildi. Hava soyuq olduğundan iclas
iştirakçıları olan idarə, müəssisə və təşkilat rəhbərləri iclasdan
ağız-burunlarını silə-silə də evlərinə getdilər. Nə olsun, nə fayda? Neçə
illərdi Qazax şəhərində 1 qara qəpiklik də iş görməyən Rövşən Nəbiyev yenə
yerində sayası oldu. Qazax şəhər əhalisi isə belə düşünmürdü. Çünki bu şəxs rayonda
elə hadisələrlə yadda qalıb ki, açılası dərd deyil. Harada işləyibsə oranı da
dağıtmağı ilə fərqlənib. Fikir verin, Qazax şəhərində inzibati ərazi
nümayəndəsinin olub-olmamağı tamam yaddan çıxıb. Qar yağıb, izlərin örtülməsinə
baxmayaraq millətin günəşli havada şəhərin natəmizliyi, ağacların necə gəldi
gecə ilə doğranması, bir söz şəhərə nəzarətsizlik yadlarından çıxmayıb. Rövşən
Nəbiyevin indi də başı qarışıb bağçalardan gələn gəlirləri saymağa. Cəmi 190
manatlıq televizor 640 manata, 400 manatlıq 
kompüter dəsti  700-800 manata
şəhər bağçalarına “sırınıb”. İnzibati ərazi idarəsi üzrə nümayəndəliyin
hesabına ayrılan vəsait boş-boş kağız üzərində aidiyyətsiz yerlərə yazılaraq
yaxşıca həzm rentabelindən keçirilir. Rövşən Nəbiyev cibinə axan pullardan
şəhərdə elə hərlənir ki, elə bil Qazağın erməni nəzarətində olan 6 kəndini
alıb.

Bu gün Rövşən Nəbiyevin
xeyir gələn hər işdə əli olmasını şəhər sakinləri daha yaxşı bilir. Hətta, uşaq
bağçasına bir qohumunun da adının getməsi, dadını Rövşən bilməsi şərti ilə adam
da işə götüzdürüb. Qazaxda alınıb satılmağında nədəsə xeyir varsa Nəbiyev orada
başdır. Alınan məlumata görə Qazaxın “Çinarın dibi” dyilən yerə yaxın
“Bitomnik” adlanan sahədə pay torpaqları alaraq baha qiymətə  vətəndaşlara satmışdır. Başqa bir mənbə isə
onun icra orqanına necə və kiməsə xoşagəlməz hansı “yardımı” edərək gəlməsini
ürək ağrısı ilə redaksiyaya  bildirdi.
Təbii ki, ağı qaradan seçən qazaxlılar abır gözləyərək çox şeyi Rövşən
Nəbiyevin üzünə vurmurlar.

Budur, Rövşən Nəbiyevin
“şəxsı mənafeyi naminə yeyib-dağıtdıqlarının” hesabatı gününün axşamı, yəni
yanvarın 31-də ölkənin başqa rayonlarında olduğu kimi Qazaxa da qar yağdı.
Şəhərin dalan və mərkəzi yollarını qar örtdü, buz bağladı. Saat 14: 00-a kimi
yollara nə qum töküldü, nə də ki, duz. Qar və buz Allah ümidinə əridi. Şəhərdə
nə Rövşən Nəbiyev, nə də aidiyyəti 
vəzifə sahibləri görünmədi. Bəs qışa hazırlıq məqsədi ilə Qazax Rayon
İcra Hakimiyyətinin  Şəhər İnzibati Ərazi
Dairəsi Üzrə Nümayəndəliyinə ayrılan vəsait necə oldu və nəyə xərcləndi? Şəhər
əhalisi “özü öz çulunu sudan çıxardırdısa” bu nümayənəlik nəyə lazımdır? Və
Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov görülməyən, və  kağız üzərində icra olunan işlərin hesabatını
hansı əsasla “kafi” qiymətləndirir.? 
Eyni zamanda Rövşən Nəbiyev yenə yerində qalır.

 

Samir Əlioğlu

                                                                                              

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3891

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031