Özünü asan qızın atası kimdir?
Bakıda özünü kondisionerin naqilindən asan 9 yaşlı uşağın SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin sürücüsünün qızı olduğu təsdiqlənib.
Bu barədə SOCAR-ın Məxfi Rejim və Hərbi Səfərbərlik Şöbəsindən Axar.az-ın sorğusuna cavabda bildirilib.
Məlumatda deyilib ki, 2006-cı il təvəllüdlü Pərixanımın atası Böyükağa Məmmədov uzun illərdir X.Yusifzadənin şəxsi sürücüsü vəzifəsində çalışır.
Qeyd edək ki, bu məqamı ilk olaraq Hafta.az qeyri-rəsmi mənbəyə istinadən yayıb.
İntihar hadisəsi paytaxtın Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evdə qeydə alınıb.
Pərixanım uşaq otağındakı kondisionerin naqilindən özünü asaraq canına qıyıb. 9 yaşlı qızın özünə qəsd etməsinin səbəbi bilinmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=38935